"Yuventus"un futbolçusu əməliyyat masasına uzandı » Pressing.Az
"Yuventus"un futbolçusu əməliyyat masasına uzandı
Dünya Futbolu 5-12-2025, 15:01

"Yuventus" klubunun futbolçusu Duşan Vlahoviç əməliyyat olunub.

Pressing.az xəbər verir ki, serbiyalı hücumçu sol dizindən cərrahi əməliyyat edilib.

Onun təxminən 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, Duşan Vlahoviç bu mövsüm "Yuventus"da 17 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.