Xəbər lentiwidget-title-icon

Qanalı futbolçu "Gəncəbasar"da - RƏSMİ
"Kəpəz" azarkeşlərə çağırış etdi
Turun hakimləri açıqlandı
AFFA səhvi etiraf etdi, bəs "Turan Tovuz"un "yeyilən" xalı?
Messinin komandasında yeni baş məşqçi
2027-ci ildəki Formula 1 üzrə Azərbaycan qran-prisinin tarixi açıqlanıb
"Gəncə" məğlub oldu
“Gəncə Open-2026” Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
"Qəbələ"də yeni baş məşqçi
“Turan” Çempionlar Liqası hazırlıqlarını davam etdirir
16 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Türkiyə klubunda yeni təyinat
AL: “Milan” “Benfika”ya qarşı
"Kəpəz"in legioneri milliyə çağırıldı
AFFA Fitnes C kursuna start verilib
AFFA-nın "Fanta"sı və ya 10 nəfərlik "11-lik" – YAZI
"Qarabağ"ın futbolçusu milliyə çağırılıb
Mahir Emreli oynadı, komandası uduzdu
Azərbaycan yığması Yaponiya ilə qarşılaşacaq
Fransa klubunda ayrılıq
PAOK-da yeni futbolçu
“Sabah”ın qapıçısı milli komandaya çağırılıb
“Naxçıvan” Azərbaycan millisinin üzvünü transfer etdi - RƏSMİ
Azərbaycan çempionatı başa çatıb
“Araz-Naxçıvan”da iki yeni futzalçı - RƏSMİ

"Kəpəz" azarkeşlərə çağırış etdi

“Kəpəz” klubu bəyanat yayıb.

Pressing.az xəbər verir ki, bəyanatda azarkeşlər pirotexniki vasitələrdən istifadə etməməyə çağırılıb.

Qeyd olunub ki, Misli Premyer Liqasının V turu çərçivəsində sentyabrın 12-də Gəncə Şəhər Stadionunda keçirilən "Kəpəz" - "Qəbələ" oyununun gedişində qadağan olunmuş pirotexniki vasitələrdən istifadə edən azarkeş inzibati məsuliyyətə cəlb olunub. Qarşılaşmanın 64-cü dəqiqəsində stadionun V3 tribunasında məşəl yandıran tamaşaçı polis əməkdaşları tərəfindən saxlanəıın. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun pul cəriməsi kəsilib. Belə halın bir daha yaşanacağı halda 15 günədək inzibati həbs cəzasının tətbiq olunacağı bildirilib.

Bəyanatda həmçinin qeyd edilib:

"Kəpəz" PFK olaraq, ölkə qanunvericiliyini, həmçinin Peşəkar Futbol Liqasının stadionlarda tətbiq etdiyi davranış qaydalarını kobud şəkildə pozan həmin şəxsin ad və soyadını, foto və videogörüntülərini etik normaları nəzərə alaraq yayımlamırıq. Bununla belə, bütün futbol həvəskarlarına xatırladırıq ki, Azərbaycan qanunvericiliyinə görə, pirotexniki vasitələrin satışı, əldə olunması və istifadəsi qadağandır. Pirotexniki vasitələr düzgün istifadə olunmadıqda insanın əlində partlaya və müxtəlif xəsarətlər törədə bilər. Bundan başqa kütləvi tədbirlərdə bu cür vasitələrin istifadəsi digər şəxslərin həyat və sağlamlığını təhlükəyə atmış olur.

"Kəpəz" PFK Gəncə Şəhər Stadionunda azarkeşlərin oyunları rahat izləməsi, xoş istirahət etməsi üçün qarşıdakı turlarda da bütün səylərini əsirgəməyəcək. Stadionun ərazisində, o cümlədən tribunalarda qaydalara zidd hallar qeydə alınarsa, ictimai asayişi pozan şəxs və ya şəxslər barədə dərhal lazımi tədbirlər görüləcək.

Qeyd edək ki, azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə AFFA-nın İntizam Komitəsi "Kəpəz" klubunu son iki həftədə iki dəfə cərimələyib. "Sarı-göylər" "Turan Tovuz"la oyundan sonra 3000, "Qəbələ" ilə matçdan sonra isə 5000 manat cərimələnib”.

Oxşar xəbərlər