Xəbər lentiwidget-title-icon

"Qarabağ" və "Turan Tovuz"dan qələbə - YENİLƏNİB
Kurban Berdıyev: "Bu gün qələbə yaxşı oyundan daha çox vacib idi"
"Sumqayıt"ın baş məşqçisi: "Nəticə oyuna görə olmadı"
"Turan Tovuz” - “Sumqayıt” matçı üçün HEYƏTLƏR
Aziz Yıldırım Prezident İlham Əliyevlə görüşüb
"Neftçi SOCAR” yarımfinalda uduzdu
Azərbaycanlı futbolçu Türkiyə klubunda
Azərbaycanlı idmançı FIS Kontinental kubokuna vəsiqə qazanıb
MPL: "Turan Tovuz" "Sumqayıt"a, "Qarabağ" "Araz-Naxçıvan"a qarşı
Üç azərbaycanlı atlet Bakıdakı triatlon yarışının qalibi olub
"Neftçi" "Şəfa"ya belə qalib gəldi - VİDEO
“Sabah”, “Kəpəz” və “Şəfa”nın əvəzedicilərindən qələbə
Rüfət Abdullazadənin komandasından məğlubiyyət
Ramil Şeydayev oynadı, komandası qələbə qazandı
"Sabah"ın 5 qollu qələbəsi - VİDEO
Yuri Vernidub: "Qarşıda hələ çox işimiz var"
Zaur Həşimov: "Bu məğlubiyyətin bizə çox xeyri olacaq"
"Neftçi" və "Sabah"dan qələbə - YENİLƏNİB
"Komanda qol buraxmadan 5:0 hesabıyla qalib gəlibsə, razı qalmaya bilmərəm" - Valdas Dambrauskas
Rəşad Sadıqov: "Hesab 0:5 olsa da, futbolçularımın performansından razıyam" - VİDEO
"Neftçi" - "Şəfa" matçı üçün HEYƏTLƏR
"Sabah" - "Zirə" matçı üçün HEYƏTLƏR
“Sabah” FK “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı
İngiltərə klubundan baş məşqçi qərarı
"Qalatasaray"a Osimen şoku

“Neftçi"dən BƏYANAT: “Hakimlər komandamıza qarşı qərəzli mövqe sərgiləyib”

“Neftçi” Peşəkar Futbol Klubu bəyanat yayıb.

Pressing.az xəbər verir ki, “ağ-qaralar” Misli Premyer Liqasının 28-ci turunda keçirilmiş “Zirə” – “Neftçi” qarşılaşmasının bütün gedişatı boyunca və eyni zamanda son dəqiqələrində hakim səhvləri ilə üzləşdiyini diqqətə çatdırıb:

“90+4-cü dəqiqədə “Zirə”nin qolu qaydaların kobud şəkildə pozulması ilə vurulub, rəqib komandanın futbolçusu Ruan Renatonun oyundan kənar vəziyyətdə olmasına və “Neftçi”nin qapıçısı Kenan Piriçin görmə bucağını kəsməsinə baxmayaraq, qol baş hakim İnqilab Məmmədov tərəfindən qeydə alınıb, VAR-da əyləşən Nicat İsmayıllı isə bu epizoda müdaxilə etməyib.

Bu səhv mövsümün həlledici mərhələsində “Neftçi”nin növbəti ədalətsiz xal itkisinə gətirib çıxarmaqla yanaşı, qoldan sonra hər iki komandanın futbolçuları arasında yaranmış mübahisələr və VAR-ın səssiz qalması səbəbi ilə meydanda baş verən hadisələr nəticəsində baş məşqçi Yuri Vernidub, baş məşqçinin köməkçisi Dmitro Kara-Mustafa və futbolçu Breno Almeydaya əsassız qırmızı vərəqələr göstərilib”.

Bəyanatda bildirilib ki, aprelin 20-də AFFA-nın inzibati binasında “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, “Neftçi” PFK-nın Baş İcraçı Direktoru və klubun digər nümayəndələri AFFA rəsmiləri və Hakimlər Komitəsinin sədri ilə görüşüb:

“Görüşdə klubumuz sözügedən oyunda qapımıza vurulan qola etiraz edib, eyni zamanda məşqçilərimiz və futbolçumuza göstərilən əsassız qırmızı vərəqələrin ləğv olunmasını tələb edib. Həmçinin mövsüm ərzində bir neçə dəfə təkrarlanan kobud hakim səhvlərini sərt şəkildə qınayıb, bir çox hakimlərin “Neftçi”yə qarşı ədalətsiz və qərəzli mövqe sərgilədiyini bildirib.

Klub nümayəndələri “Zirə” – “Neftçi” oyununda verilmiş yanlış qərarlara etirazını bildirib, həmin qərarların əsaslandırılmasını tələb edib, Hakimlər Komitəsinin sədri tərəfindən verilmiş cavablar klub rəsmilərini qismən qane edib.

Hakimlər Komitəsinin “Zirə” – “Neftçi” oyununun hakimlərinin kobud səhvə yol verdiyinin etiraf olunmasını təqdirəlayiq hesab edirik. Bununla belə, təəssüf hissi ilə bildiririk ki, itirilən xallar geri qayıtmayacaq və bu hal mövsümdə artıq birinci dəfə baş vermir. Bir daha bu mövsüm “Neftçi”nin oyunlarında dəfələrlə təkrarlanan kobud səhvləri bəzi hakimlərin komandamıza qarşı ədalətsiz və qərəzli münasibəti ilə əlaqələndirir, günahkarların ən sərt formada cəzalandırılmasını, bu kimi halların dayandırılmasını və gələcəkdə baş verməməsi üçün müvafiq tədbirlərə əl atılmasını AFFA Hakimlər Komitəsindən tələb edirik.

“Neftçi” PFK olaraq aşağıdakıları bəyan edirik:

“Neftçi”yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik;
Bu kampaniyanı aparanlara öz məqsədlərinə nail olmayacağını bildirir və ölkənin ən qədim futbol klubu olan “Neftçi” olaraq sona qədər mübarizə aparacağıq;
Qarşımızda kimin olub-olmamasına baxmayaraq, böyük “Neftçi” camiəsinin – azarkeşlərin arxamızda olması yetərlidir;
Bütün çətinliklərə rəğmən, “Neftçi” Azərbaycan futbolunun flaqmanı olub, var və bundan sonra da olacaq”.

Oxşar xəbərlər

Bütün xəbərlər