"Sabah"ın futbolçusu əməliyyat edilib
Azərbaycan Futbolu
13-06-2025, 14:21

“Sabah” klubunun yarımmüdafiəçisi Seymur Məmmədov əməliyyat olunub.
Pressing.az xəbər verir ki, bu barədə "bayquşlar"ın mətbuat xidməti məlumat yayıb.
Futbolçu ikitərəfli qasıq yırtığı diaqnozu ilə Türkiyədəki klinikalardan birində cərrahi müdaxilə keçirib. Əməliyyatın uğurla gerçəkləşdiyi bildirilib.
Qeyd edək ki, 22 yaşlı futbolçu başa çatan mövsümdə "Sabah"da 10 oyuna çıxıb.
