"Qalatasaray"ın futbolçusu əməliyyat olunub
Dünya Futbolu
20-12-2023, 10:00

"Qalatasaray" klubunun futbolçusu Serjiu Oliveyra əməliyyat edilib.
Pressing.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi döş qəfəsinin sağ əzələsinin qopması səbəbindən cərrahi müdaxiləyə ehtiyac duyub.
Portuqaliyalı oyunçunun səhhətinin yaxşı olduğu bildirilib.
