"Sumqayıt"ın futbolçusu əməliyyat olunacaq » Pressing.Az
"Sumqayıt"ın futbolçusu əməliyyat olunacaq
Azərbaycan Futbolu 30-11-2023, 11:21

"Sumqayıt" klubunun futbolçusu Kristian Velinovski sabah əməliyyat olunacaq.

Pressing.az
xəbər verir ki, onun Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçirilən "Lerik" - "Sumqayıt" oyununun 23-cü dəqiqəsində ayağı sınıb.

Xəstəxanaya yerləşdirilən yarımmüdafiəçinin hansı müddətə yaşıl meydanlardan kənarda qalacağı əməliyyatdan sonra dəqiq bilinəcək.

Qeyd edək ki, "Lerik" - "Sumqayıt" görüşü ikincilərin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.