"Sumqayıt"ın futbolçusu əməliyyat olundu » Pressing.Az
"Sumqayıt"ın futbolçusu əməliyyat olundu
Azərbaycan Futbolu 30-11-2023, 17:17

"Sumqayıt"ın futbolçusu Kristian Velinovskinin əməliyyatı uğurla başa çatıb.

Pressing.az
xəbər verir ki, şimali makedoniyalı vingerin ayağı 14 gün müddətində gipsdə olacaq. Bu müddət ərzində xəstəxanada qalacaq yarımmüdafiəçi 4 həftə sonra artıq əl ağacı olmadan yeriyə biləcək.

Qeyd edək ki, Kristian Velinovski 3-4 ay sonra məşqlərə başlaya biləcək.