Dünən zədələnən Musiala əməliyyat masasına uzanır
Dünya Futbolu
6-07-2025, 16:13

Münhen "Bavariya"sının vingeri Camal Musiala bu gün Münhenə qayıtdıqdan dərhal sonra əməliyyat olunacaq.
Pressing.az xəbər verir ki, o, klublararası dünya çempionatının 1/4 finalında PSJ ilə görüşdə (0:2) ciddi zədə alıb. Birinci hissənin sonunda rəqib qapıçı Canluici Donnarumma ilə toqquşan Camalın ayağı sınıb.
Bildirilir ki, 22 yaşlı futbolçu 4-5 ay yaşıl meydanlardan kənarda qala bilər.
