"Milan"da ciddi itki » Pressing.Az
"Milan"da ciddi itki
Dünya Futbolu 11-09-2024, 23:21

“Milan” klubunun futbolçusu İsmael Benasser ciddi zədə alaraq 4 aya yaxın yaşıl meydanlardan uzaq qalacaq.

Pressing.az xəbər verir ki, o, Əlcəzair millisinin heyətində sıradan çıxıb.

26 yaşlı yarımmüdafiəçinin baldır əzələsindən ciddi zədə aşkarlanıb.

Onun əməliyyat olub-olmayacağı gələn həftə açıqlanacaq.