“Zirə”nin futbolçusu sıradan çıxıb » Pressing.Az
“Zirə”nin futbolçusu sıradan çıxıb
Azərbaycan Futbolu 11-08-2025, 11:02

“Zirə”nin “Şamaxı” ilə yoxlama oyununda zədələnən futbolçusu Abdul Aziz Batibie uzun müddətə sıradan çıxıb.

Pressing.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı futbolçunun diz bağları qopub. Əməliyyat olunacaq futbolçu 6-7 ay yaşıl meydanlardan kənar qalacaq.