Xəbər lentiwidget-title-icon

"Mənim üçün rəqibin "Qarabağ", "Sumqayıt" və ya "Kəpəz" olmasının fərqi yoxdur"
"Məğlubiyyətə layiq deyildik" - "Qəbələ"nin məşqçisi
"Neftçi" və "Qarabağ"dan qələbə - YENİLƏNİB
Ulraynalı futbolçu "Turan Tovuz"da
Zubir: "Hədəfimiz çempion olmaqdır və sona qədər mübarizə aparacağıq" – AÇIQLAMA
"Neftçi" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
"Bəhlul Mustafazadəyə ikinci sarı vərəqə verilməli idi" - Ayxan Abbasov
Qurban Qurbanov: "Futbolçulara elə yerlərdən təkliflər gəlir ki..."
Qurban Qurbanov meydanı qardan təmizlədi - VİDEO
SON DƏQİQƏ! “Şamaxı” – “Qarabağ” oyununun saatı dəyişdirildi
“Neftçi” braziliyalı futbolçunun transferini rəsmən açıqlayıb
Qarlı Şamaxıda heyətlər açıqlandı
10 fevral: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Fənərbağça"dan rahat qələbə - VİDEO
Zaur Axundov barədə ev dustaqlığı həbs qərarı verilib
"Qarabağ" Şamaxı səfərində, "Neftçi" "Qəbələ"ni qəbul edir
"Qalatasaray"ın yetirməsi "Zirə"də
"Neftçi"də itkilər
"Turan Tovuz" "Karvan Yevlax"a belə qalib gəldi - VİDEO
Qurban Qurbanov qızına toy edib – VİDEO
"Turan Tovuz"dan qələbə, Qubada "sülh" - YENİLƏNİB
Jorj Kaşkilya: “Nəticə qənaətbəxşdir”
"Turan Tovuz" - "Karvan-Yevlax" matçı üçün HEYƏTLƏR
"Heç kim istəməzdi ki, belə hadisə olsun"
Qurban Qurbanov üçün əlamətdar gün – Digər övladına toy edir

Qurban Qurbanov: "Bizim düşünmədiyimiz hadisələr olur"

"Qarabağ" klubu Misli Premyer Liqasının 25-ci turunda səfərdə "Qəbələ"ni 3:1 hesabı ilə məğlub edib.

Pressing.az
xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Çox vacib oyun idi və vacib 3 xal qazandıq. Gərgin və maraqlı matç izlədik. Futbolçularımdan razı qaldım. Sarı vərəqələrlə bağlı diqqətli olmalarını demişdim. Ancaq bu, oyunun gərginliyindən irəli gələn məsələdir. Bəzi oyunçularımızın olmamasına rəğmən, dinamik oyun göstərdik".

- "Qəbələ" sizi nə ilə təəccübləndirdi?

- Bu komanda öz oyun üslübunu yaxşılaşdırıb. Onlar əks-hücumlarda təhlükəlidir. Müdafiənin arxasına atılan toplarda çox təhlükəlidirlər.Bir neçə epizodda bunun şahidi də olduq.

- "Qarabağ" nə vaxt pik formada olacaq?

- Deyə bilməyəcəyəm. Bizim düşünmədiyimiz hadisələr olur. Əlimdə dəyişiklik etmək üçün hücum xəttində oyunçu azdır. Adama Diakabi, Yassin Benzia zədəlidir. Futbolçular yaxşı formaya yaxınlaşırdılar. Çempionatın sonuna yaxın daha yaxşı komanda görə bilərik.

- Hakimlikdən razı qaldınız?

- Hakimlikdən razı qalmadığım vaxt olmayıb. Hakimə narazılıq bildirmirdim. Sadəcə dedim ki, çox bəsit sarı kartlar verirsən. 15-20 dəqiqəyə orta xətt oyunçularımıza sarı vərəqələr verdi. Belə olan halda, aqressivlik azalır. Hakimləri də başa düşmək olur. Matçlar gərgin keçir. Futbolçuların qışqırması, yıxılması onları aldadır. Ümumi olaraq, fikirlərim normaldır.

- Yeni gənclərdən kiminsə debütü gözlənilir?

- Hələ ki, yox. Bizimlə məşq edən futbolçular var. Amma hazırda meydana buraxacağım oyunçu yoxdur.

- Əvvəllər "Qarabağ"a qol vurmaq çox çətin olurdu. İndi isə hər matçda komanda qol buraxır. Bunu Şahruddinin yoxluğu ilə əlaqələndirmək olar?

- Şahruddinlə bağlı deyil. Bəli, çox qol buraxırıq. İradlarımı bildirirəm. Əsas səbəblər bizim müdafiədə diqqətsizliyin və rəqiblərin hücumda yaxşı oynaması ilə bağlıdır. Bütün komandalar hücumameyilli oynayır. Əvvəl bizə qarşı sıx müdafiə olunurdular. İndi isə daha çox hücum edirlər. Ümumiyyətlə, səhvlərimizə xüsusi diqqət ayırırıq.

- Qara Qarayevin əsas heyətdə yerini itirdiyini düşünmək olar?

- Yox. Qaranın oynadığı az matçlar olmayıb. Hər oyunçunun oynamaq ehtimalı var. Qarşıda Qaranın əsas heyətdə oynadığı matçlar olacaq.

- AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Hər hansı təklifləriniz var?

- Yox. Bu, mənə aid məsələ deyil.

- Yayda yeni transferlər gözlənilir?

- Etmək fikrimiz var. Daim liderliyi qoruyub-saxlamaq, Avropada yaxşı nəticələr əldə etmək istəyiriksə, heyəti genişləndirməliyik. Bu gün 23 futbolçuya sahibik. Lakin Avropa oyunlarında görürük ki, nə qədər çatışmazlıqlarımız var. Bəzən futbolçular böyük oyunlarda güclərini çatdıra bilmirlər. Bunun nəticəsində Adama Diakabi, Yassin Benziya kimi futbolçular zədələnir. Yay aylarında dəyişikliklər gözlənilir.(sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

"Mənim üçün rəqibin "Qarabağ", "Sumqayıt" və ya "Kəpəz" olmasının fərqi yoxdur"
"Məğlubiyyətə layiq deyildik" - "Qəbələ"nin məşqçisi
"Neftçi" və "Qarabağ"dan qələbə - YENİLƏNİB
Ulraynalı futbolçu "Turan Tovuz"da
Zubir: "Hədəfimiz çempion olmaqdır və sona qədər mübarizə aparacağıq" – AÇIQLAMA
"Neftçi" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
"Bəhlul Mustafazadəyə ikinci sarı vərəqə verilməli idi" - Ayxan Abbasov
Qurban Qurbanov: "Futbolçulara elə yerlərdən təkliflər gəlir ki..."
Qurban Qurbanov meydanı qardan təmizlədi - VİDEO
SON DƏQİQƏ! “Şamaxı” – “Qarabağ” oyununun saatı dəyişdirildi
“Neftçi” braziliyalı futbolçunun transferini rəsmən açıqlayıb
Qarlı Şamaxıda heyətlər açıqlandı
10 fevral: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Fənərbağça"dan rahat qələbə - VİDEO
Zaur Axundov barədə ev dustaqlığı həbs qərarı verilib
"Qarabağ" Şamaxı səfərində, "Neftçi" "Qəbələ"ni qəbul edir
"Qalatasaray"ın yetirməsi "Zirə"də
"Neftçi"də itkilər
"Turan Tovuz" "Karvan Yevlax"a belə qalib gəldi - VİDEO
Qurban Qurbanov qızına toy edib – VİDEO