Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

Ayxan Abbasov: "Dördüncü hakimlər oyunlara hərb disiplini ilə gəlirlər sanki"

Azərbaycan Premyer Liqasının 5-ci turunda keçirilən "Şamaxı" - "Neftçi" oyunundan (0:0) sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Pressing.az xəbər verir ki, o, ilk olaraq matçla bağlı danışıb.

- Evdə ilk oyunumuz idi. Nəhayət, Şamaxıda oynaya bildik. Rəqib "Neftçi" idi. İstəmirdik ki, məğlub olaq. Matç çox dinamikalı keçdi. Oyun baxımından komandamdan çox razı qaldım. Sona yaxın futbolçular yorulmuşdular, lakin qələbəyə layiq idik. Qol epizodlarımız da oldu. Şükürlər olsun ki, istədiyimiz komandanı qurmuşuq. Çempionatın sonunadək gərgin mübarizə gedəcək. Milli komandalara görə yaranacaq fasilədən də maksimum istifadə etmək istəyirik.

Abbasov daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Transferlər üçün pulunuz bitib, yoxsa hələ qalıb?

- Pulumuz bitib, amma çalışırıq ki, nələrsə edək (gülür).

- Dördüncü hakimə nəyə görə etiraz edirdiniz?

- Köməkçi məşqçimiz ayaq üstə durduğuna görə sarı vərəqə ilə cəzalandırıldı. Dördüncü hakimlər oyunlara hərb disiplini ilə gəlirlər sanki.

- Çempionluğa oynayan komandadan xal aldınız. Bu mövsüm "Şamaxı"nın hədəfi nədir?

- Çempionatdan əvvəl hansı komandanın çempion olacağı ilə bağlı müzakirələr gedirdi. Büdcəsi avrokuboklara mübarizə aparmağa imkan verən komandalarımız var. Bizim kimi klublara böyümək üçün elitada qalmaq lazımdır. İlk növbədə Premyer Liqada qalmağa çalışacağıq. Ondan sonra da vəziyyətə baxacağıq. Hər şey büdcə ilə ölçülmür. Çempionatımız sürprizləri sevir. Əsas olan sonadək vuruşmaqdır.

- Azarkeşlərlə bağlı nə deyə bilərsiniz?

- Evdə ilk oyunumuz idi. Azarkeşlər sonadək komandanın yanında oldular. Düşünürəm ki, qarşıdakı oyunlarda əldə olunacaq sərfəli nəticələrlə onları sevindirəcəyik.

- Roman Qriqorçukla duellərinizi xatırlayırsınız?

- Bəli, əlbəttə.

- 7-ci duelinizdir və mütləq bərabərlik var.

- Bunu bilmirdim (gülür).

Daşqın Əziz/Şamaxı

Oxşar xəbərlər

Bütün xəbərlər