Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

Ayxan Abbasov: "Bu gün dördüncü hakimlər əsəblərimizlə oynayırlar"

Misli Premyer Liqasının 8-ci turunda keçirilən "Şamaxı" - "Turan Tovuz" matçından (2:2) sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Pressing.az xəbər verir ki, o, oyunla bağlı fikirlərini bölüşdükdən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Maraqlı və gərgin oyun oldu. Matçın belə gərgin keçəcəyini gözləyirdik. Birinci hissənin ilk 15 dəqiqəsində fərdi səhvlərdən qol buraxdıqdan sonra komandada panika yarandı. Lakin daha sonra üstünlüyü ələ ala bildik. Qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün çox çalışmalıyıq. Son saniyələrdə qol buraxmağımız futbolçulara pis təsir etdi. Bu, futboldur. Bir xal da bir xaldır. Növbəti matça köklənəcəyik.

- İkinci hissədə nə baş verdi? Sanki ilk yarıdakı "Şamaxı"nı görmədik...

- Futbolçular tələsirdilər. Buna görə də oyunumuz alınmadı. Yeni komandayıq. Belə situasiyalar normaldır. Bunlar üçün təcrübəyə ehtiyac var. Sevinirəm ki, ikinci hissədə gedişatı dəyişə bildik.

- Hədəfiniz dəyişib?

- Xeyr, eynidir. Elitada qalmağa çalışacağıq.

- Bu mövsüm qazandığınız qələbələrin səbəbi nədir? Burada hər hansı prinsip var?

- Bizim üçün rəqib fərqi yoxdur. Oyunlara qələbə qazanmaq üçün çıxırıq. Burada heç bir özəllik, prinsipiallıq yoxdur.

- Oyundan sonra "Turan Tovuz"un rəhbərliyi ilə görüşdüz?

- Bəli, görüşümüz oldu. Bir-birimizə uğurlar arzuladıq.

- "Turan Tovuz"da çalışarkən, hədəf avrokuboklara vəsiqə qazanmaq idi. Lakin yola salındız. Düşünmürsüz ki, "Şamaxı"da da hədəfiniz avrokuboklara vəsiqə qazanmaq olsa, yenə sizi yola salacaqlar?

- Mövsüm başlayan ilk gündən bilirdik ki, çətin olacaq. Premyer Liqada qalsaq, rəhbərliklə danışacağıq.

- Hakimin qəbul etdiyi qərarlara münasibətiniz necədir?

- Tural Qurbanovun xətrini çox istəyirəm. Elitada ən perspektivli hakimlərdən biridir. Lakin oyunu tez-tez saxladı, lazımsız sarı vərəqələr göstərdi. Deyirdik ki, Hakimlər Komitəsinə yeni sədr gələr, sevinərik. Bunu qorxmadan deyirəm. Bu gün dördüncü hakimlər əsəblərimizlə oynayırlar. Xarici çempionatlara baxsınlar və ibrət götürsünlər. Sanki bütün problemlər həll olunub, bircə bu qalıb.

- Olar ki, futbolçularınız simulyasiyaları az etsinlər?

- Bu da futbolun gözəlliklərindən biridir (gülür).

Daşqın Əziz

Oxşar xəbərlər

Bütün xəbərlər