Xəbər lentiwidget-title-icon

“Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini yekunlaşdırdı
ŞOK! Fransalı və norveçli azarkeşlər arasında atışma: Yaralananlar var
"Qarabağ" Avstriya klubu ilə qarşılaşacaq
Tanınmış futbolçu "Qarabağ"dan ayrıldı
27 iyun: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Bu gün Bakıda UFC Fight Night turniri keçiriləcək!
Misir - İran oyununun ən yaxşısı o oldu
"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub
"Sabah"ın ÇL oyunlarının hakimləri məlum olub
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri açıqlanıb
Məşhur futbolçu "Real"dan ayrıldı
DÇ-2026: İspaniyadan qələbə, Belçikadan darmadağın
"Neftçi"də slovakiyalı hücumçu
Azərbaycanın iki şahmatçısı dünya çempionu olub
Vadji gedir, yoxsa qalır? - "Turan Tovuz"dan qərar
Liqa 1-dən Seriya A-ya
“Zirə”də kadr dəyişikliyi baş verdi
Bəhlul Mustafazadə müalicəsini davam etdirir
39 yaşlı yapon tarixə düşdü
Qusarda 297 cüdoçu imtahan verdi
Azərbaycan cüdoçusu bürünc medal qazanıb
Nikolya Pepedən tarixi qol
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti seçildi
"Səbail"də yeni oyunçu
"Neftçi"dən Yuri Vernidubla bağlı qərar

"Əmin olun ki, bu sualları özüm-özümə də verirəm" - Kaxaber Sxadadze

"Təbii ki, pozitivəm. Şadam ki, qalib gəldik. Ardıcıl iki oyundu qazanırıq. Futbolçular anlamalıdır ki, Premyer Liqanı tərk etsək belə, peşəkar qalmalıyıq. Oyunçular hər zaman maksimumunu verməlidir. Biz də onlara nümunə olmağa çalışırıq. Özümüz də səhərdən axşama işləyirik.Onlar da bunu gördü. Sabah necə olacağını bilmirəm, amma onlar hər zaman belə qalmalıdır. Öz markalarını saxlamalıdırlar. Futbolçulara bunu demişdik və onlar da bunu etdi. "Qəbələ" həm böyük klubdur, həm də gənc yaxşı futbolçulara şans verir. Onlar da özlərini yaxşı tərəfdən göstərirlər. Bizim sağ cinah müdafiəçimiz olan Eşqin Əhmədovu indiyə qədər kimsə tanıyırdı? O, oyunun ən yaxşısı idi. Özünəinamlı və matça yanaşması ilə əla idi. Mərkəz müdafiəçimiz İbrahim Ramazanov da ikinci oyundur ki, meydandadır. Bütün bunlar pozitiv məqamlardır. Özlərini göstərməyə çalışırlar. Oyuna gəldikdə, qırmızı vərəqəyə qədər də, diqtə edən tərəf biz idik. Müdafiədə etibarlı və diqqətli oynadıq. Epizodlarımızdan da istifadə edib qalib gəldik. Bir neçə qol epizodumuz var idi. Əsas odur ki, qalib gəldik. Neqativ odur ki, komanda artıq Premyer Liqadan düşüb. Necə olacağını sabah görəcəyik. Əsas odur ki, biz işimizi yerinə yetirək. Biz bura gəlmişiksə, özü də xarici kimi gəlmişiksə, sona qədər peşəkar kimi çalışacağımızı maksimum göstərməliyik. Sabah necə olacağını Allah bilir. Təki, hər şey yaxşı olsun".

Pressing.az xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 34-cü turunun "Sabah"la(2:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

- Yerli futbolçulara şans verməkdə gecikmədiz?

- Bizim özümüzdə də bu cür suallar var. Amma biz neçə vaxtdır ki, buradayıq? Hər şeyə zaman lazımdır. Gənc oyunçuları görmək, ikinci komandamızın oyunlarına getməyimiz üçün vaxt lazım idi. "Qəbələ-2"nin oyunlarına getdik və gənc futbolçuları oradan əsas komandaya cəlb etdik. Psixoloji anlar da var. Amma əmin olun ki, özüm-özümə də bu sualları verirəm.

- Sonuncu əvəzetmələr zamanı İlkin Qırtımov əsəbiləşdi, final fitini gözləmədən paltardəyişmmə otağına yollandı. Nə baş vermişdi? Bu haqda xəbəriniz var?

- Hər kəsin öz vəzifəsi var. Hamı da öz vəzifəsinin öhdəsindən gəlməlidir. İlkinə oynamaq şansı verdik, oynadı, daha sonra zədələndi. Mən baş məşçqiyəm. Fikrimcə, onun mövqeyində oynayan sağ cinah müdafiəçi və sağ cinah mərkəz müdafiəçisi bugünkü gündə ən güclüdür. Təbii ki, hər futbolçu oynamadığı üçün əsəbi olmalıdır. İlkin də təcrübəli futbolçudur. Əgər o, özünü saxlaya bilmirsə, azaddır. Mən tərəfdən problem yoxdur. O, özünü saxlaya bilmirsə, mənim yox, özünün problemidir. Bu cür anları çoxdan keçmişəm. 10-15 il əvvəl bu cür epizodlara reaksiya verirdimsə, çoxdandır ki, reaksiya vermirəm.

- Qələbə qazanmağınızda psixoloji gərginliyin olmamasının köməyi var?

- Kimsə belə düşünürsə, mənim üçün problem deyil. Futbolçu meydana çıxırsa, ola bilməz ki, stressiz olsun. Futbolçular daim peşəkar kimi qalmalıdır. Çox oyunda bizim sadəcə bəxtimiz gətirmədi. "Neftçi" qapımıza bir zərbə vurdu, qalib gəldi. "Səbail"lə görüşdə 2:0 qalib gəlirik, sonda uduzuruq. Bəhanə gətirmirəm, sadəcə faktı deyirəm.

Oxşar xəbərlər


Bütün xəbərlər

“Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini yekunlaşdırdı
ŞOK! Fransalı və norveçli azarkeşlər arasında atışma: Yaralananlar var
"Qarabağ" Avstriya klubu ilə qarşılaşacaq
Tanınmış futbolçu "Qarabağ"dan ayrıldı
27 iyun: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Bu gün Bakıda UFC Fight Night turniri keçiriləcək!
Misir - İran oyununun ən yaxşısı o oldu
"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub
"Sabah"ın ÇL oyunlarının hakimləri məlum olub
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri açıqlanıb
Məşhur futbolçu "Real"dan ayrıldı
DÇ-2026: İspaniyadan qələbə, Belçikadan darmadağın
"Neftçi"də slovakiyalı hücumçu
Azərbaycanın iki şahmatçısı dünya çempionu olub
Vadji gedir, yoxsa qalır? - "Turan Tovuz"dan qərar
Liqa 1-dən Seriya A-ya
“Zirə”də kadr dəyişikliyi baş verdi
Bəhlul Mustafazadə müalicəsini davam etdirir
39 yaşlı yapon tarixə düşdü
Qusarda 297 cüdoçu imtahan verdi