Xəbər lentiwidget-title-icon

Braziliya klubu Zeedorfa həvalə edildi - RƏSMİ
İkinci Liqada növbəti oyunlar
2-ci Liqada 6 oyunun hakimləri açıqlanıb
Renatın komandasından xal itkisi
Toral Bayramovun komandasından məğlubiyyət - VİDEO
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - VİDEO
"Qarabağ"ın "İmişli" üzərində qələbəsi - VİDEO
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Zaur Həşimov: "Öz diqqətsizliyimizdən qol buraxdıq"
"Qalibiyyətə layiq idik" - Kurban Berdıyev
"Turan Tovuz" və "Qarabağ"dan qələbə - YENİLƏNİB
Fərid Namazovdan məğlubiyyət şərhi
"Səbirli oynamaq lazım idi" - Qurban Qurbanov
"Şəfa" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Azərbaycan boksçusu Avropa çempionu oldu!
“Kür” ilk oyunda APOEL-i böyük hesabla məğlub edib
11 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Barselona" "Xetafe"yə şans vermədi - VİDEO
“Sabah” – “Slaviya” matçını bu hakim idarə edəcək
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzub
MPL: "Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı
Azərbaycan cüdoçularından dünya çempionatında rekord göstərici!
“Qəbələ” və “Araz-Naxçıvan”ın əvəzedicilərindən qələbə
"Sumqayıt" "Qəbələ"ni darmadağın etdi - VİDEO
Bakıda Avropa Su İdmanı Federasiyasının Konqresi keçirildi

"Mənim kədərlənməyə vaxtım yoxdur" – Samir Abasov

"Çox ağır vəziyyətdə oyuna çıxmışdıq. Psixoloji durumumuz yaxşı deyildi. "Fehervar"la matçın məyusluğu hələ keçməmişdi. 13 saat yolda olduq. Hazırlıq üçün bir gün vaxtımız var idi. Uşaqlar çox enerji itirdilər. Futbolçulara təşəkkür edirəm".

Pressing.az
xəbər verir ki, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının ilk turunda evdə "Kəpəz"ə qalib gəldikləri oyundan (2:0) sonra mətbuat konfransında deyib.

O, tempin aşağı olmasını həm çempionatın ilk oyunu olması, həm də komandasındakı yorğunluqla əlaqələndirib: "Çempionatın oyunlarına baxanda görürsən ki, temp belədir. Hava şəraiti də öz sözünü deyir. Bu gün bürkü idi. Amma ilk oyun olduğuna görə belə hallar çox baş verir. İki komandada da dinamika düşmüşdü. Bu gün çox yorğun idik".

S.Abasov "Bu yeniyetmələrlə hara qədər gedəcəksiniz?" sualına belə cavab verib: "Gənc, yeniyetmə olsun, fərqi nədir? Onlar hamısı komandamızın üzvüdür. Onlar da özlərini göstərməlidir. İndi hədəf harda danışmayacam. Əlimdə 13-14 futbolçu var. Onlarla da ən yaxşısını etməyə çalışacam. Hər oyuna qələbə üçün köklənəcəyik".

Baş məşqçi klub prezidenti Riad Rəfiyevlə münasibətlərinin normal olduğunu qeyd edib: "Bu gün çox yaxşı futbol oynadıq və qalib gəldik. Mənə əsas lazım olan budur. Mən soyuqluq hiss etməmişəm. Hamımız situasiyanı anlayırıq. Bəlkə də kimlərsə aşırı kədərlənib. Mənim kədərlənməyə vaxtım yoxdur. Fikirləşmirəm ki, münasibətimiz pisdir".

Oxşar xəbərlər


Bütün xəbərlər