Xəbər lentiwidget-title-icon

AFFA nümayəndəsinə UEFA-dan təyinat
Valdas Dambrauskas: "Çalışacağıq ki, sabah çoxlu qol vuraq, amma..."
Niko Kovaç: “Sabah qələbə qazanmalıyıq”
Həsən Zeynalov: “Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
Birinci Liqada həftənin hakimləri məlum olub
İkinci Liqa: “Şəmkir”lə “Difai”dən heç-heçə
Tovuzda Çempionlar Liqası matçına hazırlıq başa çatıb
Azərbaycan atleti Avropa birinciliyində 3 medal qazanıb
Azərbaycan yığması UEFA İnkişaf Turnirində iştirak edəcək
Dioqo Balau: "Meydança amili oyun performansına ciddi təsir göstərir" – MÜSAHİBƏ
Ukrayna klubunda ayrılıq
"Sabah" - "Barselona" oyununun biletləri satışda!
Elxan Məmmədovdan sonra yaxşı olacağına ümid edirdik, daha pis oldu! - Rövşən Nəcəf Rövnəq Abdullayevin səhvini təkrarlayır
Premyer Liqamızda mövsümün tamaşaçı rekordu
Ruan Renato: "Komandamız hazırda çox həssas bir dönəmdən keçir" – AÇIQLAMA
"Qoca"dan 18 ilin rekordu
"Zirə"nin futbolçusu üçün yubiley
Qazaxıstandan 14 medalla
Azərbaycan gimnastlarından dünya kubokunda daha bir neç medal
Aden Makkarti": "Tam arxayınam ki, Bakıda "Borussiya"nı məğlub edəcəyik"
"Barselona" PSJ ilə oyuna itkilərlə çıxacaq
Nuriyevin komandasından xal itkisi
Zamiq Əliyevin komandasından qələbə
Gəncədə hərəyə 1 qol - VİDEO
"Düşünürəm ki, nəticə pis deyil" - Azər Məmmədov

"Sizi əmin edirəm ki, bu deyilik, daha yaxşı olacağıq" – Samir Abasov

"Qalibiyyət üçün çıxmışdıq meydana. Artıq geriyə yolumuz da yoxdur. Hər oyuna da bu cür çıxacağıq. Bunun üçün hər şeyi etdikmi? Bu suallara komandanın içində aydınlıq gətirəcəyik. Nə lazımdırsa, onu da edəcəyik, bunun üzərində dayanayacağıq. Birinci hissədə yaxşı futbol oynamağa çalışırdıq. Bəzi epizodlarda sanki risk etməkdən, top itirməkdən çəkinirdik. Daha da qabağa getməkdən ehtiyatlanırdıq. Bəlkə də komandada bundan qabaq baş vermiş proseslərdəndir. Proses deyəndə ki, qalibiyyətsizlik, uduzmaqları nəzərdə tuturam. Yavaş-yavaş futbolçulara da dedim ki, belə psixoloji durumu bu oyunlarla aşa bilərik. Qalib gəlsəydik, daha yaxşı olardı. Bugünkü bir xala görə futbolçularımı təbrik edirəm. Güc sərf etdilər. Sizi əmin edirəm ki, bu deyilik, daha yaxşı olacağıq. İstəmirəm bu sözün üzərində dayanım ki, bizə zaman lazımdır. Çalışacağıq ki, tez edək".

Pressing.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 11-ci turunun “Sabah”la oyunundan sonra mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Ötən oyunun ən yaxşılarından olan Alfa Konte bu gün ehtiyatda qalmışdı. Sirr deyilsə, ikinci hissədə dönüş yaratmaq üçün saxlamışdınız onu, yoxsa məşqlərdə özünü göstərməmişdi?

- Heç biri. Əlimizdə 20-21 futbolçumuz var. Onlar arasında zədəlilər də yox deyil. Futbolçuları bu cür komandada tonusda saxlamaq lazımdır. Mən gələnə qədər Lebon oynayırdı. Kim nəyə qadirdir, kim hansı komandaya qarşı nə edə bilər, bunlar mənim üçün də informasiya olmalıdır. Bütün futbolçuları yoxlamalı, oynatmalıyam. Bütün futbolçulardan razıyam, rotasiyalar olacaq. Hansısa futbolçu buradan gedəndə, mənə də sualları olacaq, insandır. Sual verə bilər ki, məni harada oynatdınız, hansı oyunda gördünüz... Bunlara da cavab tapmaq üçün onların hamısını yoxlamalıyıq. Hamısı eyni səviyyədə olan futbolçulardır. Bu cür komandalarda futbolçuları tonusda saxlamalıyıq.

- İkinci hissədəki sönük oyununuzun səbəbi fiziki cəhətdən yorğunçuluq idi?

- Fiziki durumdan danışmaq istəmirəm. Problemlər varsa, onları həll edəcəyik. Məşqlərdə tam başqa oluruq, oyunda tam başqa şeylərlə rastlaşdıq. Bayaq dediyim kimi, əsas məqam uduzmamaq, qol buraxmamaq məsələsi var.

- Yəqin ki, təqvimə nəzər salmısız. Qarşıdakı dörd ev oyununda neçə xal qazansanız bunu uğur sayarsınız?

- İndi elə durumdayıq ki, düşdüyümüz vəziyyət kritik idi. Yaxşı deyildi. Bu gün qalib gəlirsən, amma səndən irəlidə gedənlər də qalib gəlir. İndiki vəziyyətdə prioritetimiz onlara qaçıb çatmaq olacaqsa... Çox şeyləri edə bilməmək qorxusu da var. Bu gün penaltidən qol buraxsaydıq, ondan sonra tam psixoloji "ölməyimizə" səbəb olardı. Biz başqa yön seçmişik ki, hər oyuna məşqlərdə hazırlaşaq.

- Yeqor Boqomolski haqda hansı fikirdəsiz? Siz də ona şans verdiniz. Ümid edirsiz ki, komandaya kömək edə bilər?

- Futbolçular oynadıqca tonusda qalmalıdırlar. Qarşıdakı oyunda kimsə sarı vərəqə ilə cəzalandırıla, başqasına ehtiyacımız ola bilər. Bu cür komandada hamını tonusda saxlamalısan. Futbolçuları tanımaq üçün oynatmalıyam. Məşqlərdə də onları görürəm. İndiyə qədər gördüyüm mənzərə odur ki, bütün futbolçularımdan razıyam.

- Emin Mahmudovun əvvəlki performansını görməyi üçün ona nə qədər vaxt lazımdır?

- Emin keçən oyunda da 90 dəqiqə oynadı. O, digər futbolçularımız kimi önəmli üzvümüzdür. Eminin bugünkü gündə digər futbolçulardan mənim üçün üstün cəhəti onlardan futbolçu olaraq seçilməsi deyil, sadəcə mənimlə işləyib, nə istədiyimi bilir. O rahatlığı Emində görürəm. Bunu meydanda digər futbolçulara da çatdıra bilər. Məşqlərdə də görürəm ki, Emin oynamaq üçün alışıb-yanır. Ondan da çox razıyam.

- Futbolçularınız məğlub libasını əyinlərindən tam söküb ata biliblər?

- Xeyr, hələ ata bilməyiblər. Bəzi futbolçularda bu, açıq-aşkar sezilir. Bəzi futbolçularda məşqdə və oyunda tam əksini görürsən. Qalibiyyət gəldikcə, hər şey öz yerinə oturacaq. Doqquz oyun udmamaq zarafat deyil. Əlbəttə ki, bu məqam futbolçulara psixoloji olaraq təsir edir. Yəni, "yenə uduzub haralara düşə bilərik" qorxusu var. Çalışırıq ki, birlikdə bunu aradan qaldıraq. "Sabah"la oyun bizim üçün çox önəmli idi. Düzdü, faciə baş verməyib. Amma ən azından bu psixoloji durumu pik nöqtəyə çatdırmaq üçün bu cür oyunları udmağa başlamalıyıq. Onlar da insandır, onlar üçün də çətindir. İndiki problem xal itirmək qorxusudur. Bunu aradan qaldırmalıyıq.

Oxşar xəbərlər


Bütün xəbərlər

AFFA nümayəndəsinə UEFA-dan təyinat
Valdas Dambrauskas: "Çalışacağıq ki, sabah çoxlu qol vuraq, amma..."
Niko Kovaç: “Sabah qələbə qazanmalıyıq”
Həsən Zeynalov: “Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
Birinci Liqada həftənin hakimləri məlum olub
İkinci Liqa: “Şəmkir”lə “Difai”dən heç-heçə
Tovuzda Çempionlar Liqası matçına hazırlıq başa çatıb
Azərbaycan atleti Avropa birinciliyində 3 medal qazanıb
Azərbaycan yığması UEFA İnkişaf Turnirində iştirak edəcək
Dioqo Balau: "Meydança amili oyun performansına ciddi təsir göstərir" – MÜSAHİBƏ
Ukrayna klubunda ayrılıq
"Sabah" - "Barselona" oyununun biletləri satışda!
Elxan Məmmədovdan sonra yaxşı olacağına ümid edirdik, daha pis oldu! - Rövşən Nəcəf Rövnəq Abdullayevin səhvini təkrarlayır
Premyer Liqamızda mövsümün tamaşaçı rekordu
Ruan Renato: "Komandamız hazırda çox həssas bir dönəmdən keçir" – AÇIQLAMA
"Qoca"dan 18 ilin rekordu
"Zirə"nin futbolçusu üçün yubiley
Qazaxıstandan 14 medalla
Azərbaycan gimnastlarından dünya kubokunda daha bir neç medal
Aden Makkarti": "Tam arxayınam ki, Bakıda "Borussiya"nı məğlub edəcəyik"