Xəbər lentiwidget-title-icon

Ayxan Abbasov: “Daha çox qol vura bilərdik”
Azərbaycan millisi San Marinoya qalib gəldi
Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəldi
Azərbaycan millisi Qırğızıstana məğlub oldu
Azərbaycan yığması Pakistana qalib gəlib
David Raya birincidir
Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan millisinin futbolçusu Madridə getdi
"Şəfa" onlarla vidalaşdı
Azərbaycan avarçəkənləri Dünya Kubokunda yarışacaq
Bakıda 2-ci "Football Conference" tədbiri baş tutdu – FOTOLAR
9 iyun: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
U-17 millimiz Qazaxıstanla üz-üzə
Azərbaycan millisinin Ruy Jorje ilə ilk sınağı
"Şəfa"dan daha bir transfer - RƏSMİ
Azərbaycan yığması San Marinoya qarşı
Hacı Əliyev Azərbaycan millisinin böyük məşqçisi olub
Fabio Qrosso A Seriyası klubunda - RƏSMİ
"Real" Arbeloanı da yola saldı - RƏSMİ
Yığma komandaların tərkibi yenidən formalaşıb
O da karyerasını bitirdi
Füzuli Məmmədov yenidən bölgə klubunda - RƏSMİ
Ayxan Abbasov: "Bu, bəhanə ola bilməz"
Nostalji: Mahir Şükürovdan mükəmməl qol - VİDEO
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri məlum olub

Aleksey İsayev: "Millimiz qrupda ən yüksək yeri tutmağa qadirdir"

“Qarabağ”ın futbolçusu Aleksey İsayev Misli Premyer Liqasının 22-ci turunun "Sabah"la oyunundan (3:3) sonra jurnalistlərə açıqlama verib.

Pressing.az
xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi əvvəlcə sabiq komandasına qarşı oyunla bağlı təəssüratlarını bölüşüb: “Mən peşəkaram. Fərqi yoxdur kimə qarşı oynayıram. Meydana çıxıb öz işimi görməliyəm. Deməzdim ki, qeyri-adi emosiyalarım var. Mənim üçün adi oyun idi. Sadəcə hər oyun qələbə qazanmaq lazımdır. Kubok oyunu haqda heç nə deyə bilmərəm, meydanda olmamışdım. Bu oyunda isə iki penalti oldu və Tellur Mütəllimov möhtəşəm qol vurdu. Telluru təbrik edirəm, gözəl qol idi”.

İsayev qeyd edib ki, penalti zərbələrini yerinə yetirmək üçün ona vaxt lazımdır: “Əlbəttə ki, cərimə zərbələrinə də, penaltilərə da yaxınlaşmaq istəyirəm. Lakin hər şeyin öz vaxtı var. Addım-addım buna nail olacağam”.

O, “Sabah”a qarşı son iki oyunda “Qarabağ”ın ümumi 7 qol buraxması haqda bildirib: “Hesab edirəm ki, 7 qol çoxdur. Daha yaxşı çalışacağıq. Səhvlərimizin üzərində işləyəcəyik”.

A.İsayev Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə qarşıdan gələn oyun haqda da söz açıb: “Ən maraqlı və çətin oyunumuza hazırlaşacağıq. Ümid edirəm ki, evə müsbət nəticə ilə qayıdacağıq. Öz oyunumuzu oynamalıyıq. Biz bunu bacararıq. “Braqa” yaxşı komandadır. Bunu hamı bilir. Ona görə də çox ciddi hazırlıq olacaq”.

“Sabah”ın sabiq yarımmüdafiəçisi Murad Musayevin gedişindən sonra komandanın oyununun dəyişdiyini qeyd edib: “Gördüyüm qədər oyun taktikaları dəyişilib. Rəqibi mərkəzdən qarşılamağa başlayıblar. Aqressiv pressinq yoxdur. Heyətdə bir az rotasiyaya yer verilib. Demək olar ki, bizə qarşı əks-hücumlarda oynayırdılar. Kubokun cavab oyununda da belə idi. Əlbəttə ki, oyun tərzi dəyişilib”.

Azəbaycan millisinin üzvü UEFA Millətlər Liqasının püşkatması haqda da danışıb: “Maraqlı qrupdur. Rəqiblərin hamısına qalib gəlmişik, ona görə oyunlara qalib gəlmək üçün çıxacağıq. Düşünürəm ki, biz qrupda ən yüksək yeri tutmağa qadirik. Bu mənim şəxsi fikirlərimdir. Bəli, çox çətin olacaq. Slovakiya, İsveç çox yaxşı yığmalardır. Bu isə daha da maraq yaradacaq. Rəqib nə qədər güclüdürsə, bir o qədər də oyun maraqlı keçir. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək”.

“Qarabağ”ın futbolçusu “Azərbaycan millisinin məşqçi postunda kimi görmək istəyirsiniz” sualına belə cavab verib: “Düzünü desəm, heç bir məlumatım yoxdur. Sadəcə istəyirəm ki, bizim millimizi, mentalitetimizi anlayan biri olsun. Bizə kömək etsin ki, istədiyimiz nəticəyə nail olaq. Kim olsa çalışacağıq. Misal üçün, Qurban Berdıyev və ya Murad Musayev Qafqaz mentalitetini yaxşı anlayır. Fikrimcə, əcnəbi məşqçilərdən onlar üçün daha rahat olar. Yerli məşqçilər isə onsuz da bizim futbolumuzu anlayırlar. Kim olur, olsun. Əsas odur ölkəmizi və azarkeşləri sevindirə bilək, yaxşı oyun göstərə bilək. Hesab edirəm ki, bu nəsil yaxşı futbol göstərməyə qadirdir”.

A.İsayev “Qarabağ”a uyğunlaşmaq prosesinin uğurlu olduğunu da qeyd edib: “Hər şey yaxşıdır. Çox gözəl qarşıladılar. Buna görə “Qarabağ"a minnətdaram. Bundan yaxşısını arzulaya bilməzdim. Hamısı peşəkar və yaxşı insanlardır. Adaptasiya yavaş-yavaş alınır. Artıq özümü daha yaxşı hiss edirəm”.(qol.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

Ayxan Abbasov: “Daha çox qol vura bilərdik”
Azərbaycan millisi San Marinoya qalib gəldi
Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəldi
Azərbaycan millisi Qırğızıstana məğlub oldu
Azərbaycan yığması Pakistana qalib gəlib
David Raya birincidir
Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan millisinin futbolçusu Madridə getdi
"Şəfa" onlarla vidalaşdı
Azərbaycan avarçəkənləri Dünya Kubokunda yarışacaq
Bakıda 2-ci "Football Conference" tədbiri baş tutdu – FOTOLAR
9 iyun: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
U-17 millimiz Qazaxıstanla üz-üzə
Azərbaycan millisinin Ruy Jorje ilə ilk sınağı
"Şəfa"dan daha bir transfer - RƏSMİ
Azərbaycan yığması San Marinoya qarşı
Hacı Əliyev Azərbaycan millisinin böyük məşqçisi olub
Fabio Qrosso A Seriyası klubunda - RƏSMİ
"Real" Arbeloanı da yola saldı - RƏSMİ
Yığma komandaların tərkibi yenidən formalaşıb