Valdas Dambrauskas: "Hər kəs sabah əlindən gələni edəcək"
“Sabah” klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında avqustun 11-də Danimarkanın “Orhus” komandasını qəbul edəcək.
Pressing.az xəbər verir ki, oyundan bir gün əvvəl Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.
O, sabahkı matçla bağlı aşağıdakıları deyib:
“Orhus”a “xoş gəldin” demək istəyirəm. İnanıram ki, Danimarkadakı nəticə hər iki komanda üçün həyəcanvericidir. Çünki bir topluq fərq elə də böyük deyil. Doğma azarkeşlərimiz qarşısında çıxış edəcəyik. Oyunçularımın hər biri sağlamdır. Hər kəs sabah əlindən gələni edəcək ki, mərhələni adlayan tərəf biz olaq”.
Qeyd edək ki, “Sabah” – “Orhus” matçı saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək. İlk oyun danimarkalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.