"Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirilib

Misli Premyer Liqasında yeni mövsümün ilk turunda keçiriləcək "Sumqayıt" - "Neftçi" matçının yeri dəyişdirilib.

Pressing.az xəbər verir ki, bu barədə "Sumqayıt" klubunun mətbuat xidməti məlumat yayıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə görə qarşılaşma “SOCAR Polymer Arena”da keçiriləcək.

Qeyd edək ki, sözügedən oyun avqustun 16-na təyin olunub.

Oxşar xəbərlər