"Şamaxı" II Liqa təmsilçisi ilə qarşılaşacaq » Pressing.Az
"Şamaxı" II Liqa təmsilçisi ilə qarşılaşacaq
Azərbaycan Futbolu 7-01-2024, 16:35

“Şamaxı” qış təlim-məşq toplanışı zamanı daha bir yoxlama oyunu keçirəcək.

Pressing.az
xəbər verir ki, "şirlər" yanvarın 21-i, saat 14:00-da Şamaxı şəhər stadionunda II Liqa təmsilçisi “Füzuli” ilə qarşılaşacaq.

Xatırladaq ki, "Şamaxı" ilk yoxlama oyununda yanvarın 14-ü, Saatlıda “Araz Saatlı” ilə üz-üzə gələcək.