“Şamaxı” “Pelikan”la üz-üzə gələcək » Pressing.Az
“Şamaxı” “Pelikan”la üz-üzə gələcək
Azərbaycan Futbolu / Yoldaşlıq Oyunları 17-07-2024, 15:06

“Şamaxı” klubu növbəti mövsümün hazırlıqlarını davam etdirir.

Pressing.az xəbər verir ki, bölgə təmsilçisi ikinci yoxlama oyuna çıxacaq.

“Şamaxı” “Pelikan”la üz-üzə gələcək.

Qarşılaşma iyulun 20-də keçiriləcək və matça 18:00-da start veriləcək. Qarşılaşma Şamaxı şəhər stadionunda keçiriləcək.

“Şamaxı” ilk yoxlama matçında “Kəpəz”i 2:1 hesabı ilə məğlub etmişdi.