"Şamaxı" bu komandalarla üz-üzə gələcək » Pressing.Az
"Şamaxı" bu komandalarla üz-üzə gələcək
Azərbaycan Futbolu / Yoldaşlıq Oyunları 23-12-2024, 17:32

“Şamaxı” klubunun qış təlim-məşq toplanışı planı məlum olub.

Pressing.az xəbər verir ki, komanda yanvarın 2-də Bakıda bir araya gələcək. Hazırlığını paytaxtda keçəcək "Şamaxı" toplanış zamanı 2 yoxlama oyunu keçirməyi planlaşdırıb.

Bölgə təmsilçisi yanvarın 9-u “Zirə”, 12-si isə “Sabah”la qarşılaşacaq.