"Şamaxı" darmadağınla qalib gəldi » Pressing.Az
"Şamaxı" darmadağınla qalib gəldi
Azərbaycan Futbolu / Yoldaşlıq Oyunları 24-07-2024, 10:30

“Şamaxı” klubu yay təlim-məşq toplanışında üçüncü yoxlama oyununu keçirib.

Pressing.az xəbər verir ki, “Cəbrayıl”la qarşılaşan komanda 4:0 hesabı ilə qalib gəlib.

“Şamaxı”nın heyətində Conatan Benteke dublla yadda qalıb, Elşad Tağıyev və Adil Nağıyev hərəyə bir dəfə fərqlənib.

“Şamaxı” daha öncə “Kəpəz”ə (2:1) və “Pelikan”a (5:0) da qalib gəlmişdi.