"Şamaxı" yoxlama oyunu keçirib
Azərbaycan Futbolu / Yoldaşlıq Oyunları
7-09-2025, 09:34

Milli komandaların oyunları ilə əlaqədar ölkə çempionatında yaranmış fasilə zamanı “Şamaxı” yoxlama matçı keçirib.
Pressing.az xəbər verir ki, bölgə klubu 1-ci Liqa təmsilçisi “Zaqatala” ilə qarşılaşıb.
Görüş Premyer Liqa klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Şamaxı"nın heyətində Alfons Msanqa və Nihat Mehralıyev fərqlənib.
