"Kəpəz" I Liqa təmsilçisini məğlub etdi » Pressing.Az
"Kəpəz" I Liqa təmsilçisini məğlub etdi
Azərbaycan Futbolu 8-09-2023, 19:59

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən yararlanan "Kəpəz" yoxlama oyununda qüvvəsini sınayıb.

Pressing.az xəbər verir ki, Gəncə təmsilçisi I Liqada mübarizə aparan "Zaqatala" ilə qarşılaşıb. Matç Azər Məmmədovun rəhbərlik etdiyi kollekivin minimal hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qolu Abdullahi Şuaybu vurub.