"Şamaxı" "Zaqatala" ilə yoxlama oyunu keçirəcək » Pressing.Az
"Şamaxı" "Zaqatala" ilə yoxlama oyunu keçirəcək
Azərbaycan Futbolu / Yoldaşlıq Oyunları 15-08-2024, 11:56

“Şamaxı” klubu yoxlama oyunu keçirəcək.

Pressing.az xəbər verir ki, Premyer Liqa klubu avqustun 16-sı, saat 17:30-da Şamaxı şəhər stadionunda I Liqa təmsilçisi “Zaqatala” ilə qarşılaşacaq.

Qeyd edək ki, "Şamaxı"nın Premyer Liqanın 3-cü turunda "Qarabağ"la keçirməli olduğu oyun təxirə salınıb.