"Şamaxı"dan növbəti qələbə » Pressing.Az
"Şamaxı"dan növbəti qələbə
Azərbaycan Futbolu / Yoldaşlıq Oyunları 26-07-2024, 22:03

“Şamaxı” klubu yay təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib.

Pressing.az xəbər verir ki, Küveytin “Əl-Yarmuk” klubu ilə qarşılaşan komanda 2:0 hesabı ilə qalib gəlib.

Azərbaycan komandasının heyətində Conatan Benteke dublla yadda qalıb.

Ayxan Abbasovun komandası daha öncə “Kəpəz”ə 2:1, “Pelikan”a 5:0, “Cəbrayıl”a isə 4:0 hesabı ilə qalib gəlmişdi.