Xəbər lentiwidget-title-icon

Ayxan Abbasov: "Bizdəki təzyiq bəlkə də heç Litvada yoxdur"
"Kəpəz"də ciddi itki
"Xalqımızı sevindirmək istəyirik" - Rəhman Daşdəmirov
Axtam Nazarov: “Azərbaycan kimi komandalara qarşı oynamaq maraqlıdır”
Azərbaycan millisinin matçının hakimləri bilindi
Azərbaycan və Yunanıstan arasında idmanla bağlı müzakirə olub
Minifutbol meydançasının açılış mərasimi olub
Ehtiram Quliyev: "Turan Tovuz"un taleyinə oktyabrda aydınlıq gələcək"
Rəhim Həsənov: “Cavid Cəlilov “Neftçi”nin futbolçusuna qırmızı vərəqə verməli idi” - VİDEO
Azərbaycanın qadın futbolçuları Qarabağ universitetində tələbələrlə görüşüblər
Almaniya yığmasında itki
“Sumqayıt”ın məşqçilər heyəti məlum olub
"Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlanıb
“Turan Tovuz” – “Fənərbağça” matçına bir saatda 5872 bilet satıldı!
Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
“Şəki”nin ABL-ə buraxılmama səbəbi məlum olub
Litva yığmasının baş məşqçisi: "Azərbaycanda milli komandaya çox təzyiq yoxdur"
Azərbaycanın çimərlik voleybolçuları bütün oyunlarda uduzub
AMADA-dan “Qarabağ” U-19 üçün seminar
Azərbaycan millisindən bir qələbə, bir məğlubiyyət
FIFA Azərbaycana gəlir, AFFA-nın ingilisdilli saytı isə susur
Fransa millisində itki
Azərbaycanın daha 3 cüdoçusu dünya çempionatında medal qazanıb
Azərbaycanın daha üç cüdoçusu DÇ-də medal qazanıb
SON DƏQİQƏ! “Turan Tovuz” - “Fənərbağça” matçının vaxtı bəlli oldu

Abbas Hüseynovun "Qarabağ"dakı qaranlıq taleyi – YAZI

Bəzən futbolda ayrılığın özü yox, ayrılıq tərzi daha çox müzakirə olunur. Hazırda da “Qarabağ”la Abbas Hüseynovun hekayəsi məhz belə görünür.

10 il bu klubun formasını geyinən, çempionluqlarda pay sahibi olan, Azərbaycan millisinin üzvü olan futbolçunun müqaviləsi başa çatıb. Klub onunla yeni sözləşmə imzalamayıb. Bu, tamamilə normal qərardır. Hər klub yeni planlar qura, heyətini yeniləyə bilər.

Normal olmayan isə başqa məsələdir.

“Qarabağ” indiyədək Abbas Hüseynovun ayrılığı ilə bağlı bir cümləlik də olsun rəsmi təşəkkür paylaşmayıb. Futbolçu yay təlim-məşq toplanışı üçün Avstriyaya aparılmadı, UEFA-ya Avropa Liqası üçün sifariş edilmədi. Yəni faktiki olaraq artıq komandanın planlarında yoxdur. Amma bunu azarkeşə izah edən, futbolçuya təşəkkür edən bir açıqlama da verilmədi.

Bu, “Qarabağ” kimi peşəkar idarəçiliyi ilə nümunə göstərilən klub üçün xoş mənzərə deyil.

Abbas son aylarda daha çox şəxsi həyatı ilə bağlı xəbərlərlə gündəmə gəlmişdi. Mövsümün sonlarında Elvin Cəfərquliyevlə birlikdə əvəzedici komandaya göndərilmişdi. Sonradan Elvin əsas komandaya qaytarıldı. Abbas isə yox.

Şəxsi həyatla bağlı iddialar, dedi-qodular və ya intizam məsələləri ola bilər. Amma peşəkar futbol klubu ilə futbolçu arasındakı münasibətin son nöqtəsi hörmət çərçivəsində qoyulmalıdır. Meydanda 10 il xidmət etmiş futbolçunu sükut içində yola salmaq nə klubun adına yaraşır, nə də Azərbaycan futboluna.

Azarkeş üçün əsas olan futbolçunun meydandakı performansıdır. Əgər klub ayrılmaq qərarı veribsə, bunu mədəni şəkildə elan edib, illərlə xidmət göstərmiş futbolçuya “təşəkkür edirik” demək çox çətin olmamalıdır.

Ən çox düşündürən sual isə bundan sonradır.

Abbas Hüseynovun növbəti dayanacağı haradır? O, yeni klubunu rahat tapacaq, yoxsa son aylarda yaranmış mənzərə onun karyerasına kölgə salacaq? Bəlkə də bəzi klublar onu transfer etməyə tərəddüd edəcək. Bəlkə də, ümumiyyətlə, görünməyən maneələr yaranacaq.

Ümid etmək qalır ki, belə olmayacaq. Çünki Azərbaycan millisinin futbolçusu, 10 il ölkənin ən uğurlu klubunda çıxış etmiş müdafiəçinin karyerasını futbol keyfiyyətinə görə qiymətləndirilməlidir, şəxsi həyatına dair müzakirələrə görə yox.

“Qarabağ” son illər peşəkarlığın simvolu kimi təqdim olunur. Elə isə peşəkarlıq yalnız meydandakı nəticələrlə ölçülmür. Klubun öz futbolçusunu necə yola salması da onun mədəniyyətinin bir hissəsidir.

Bu hekayədə ən böyük çatışmayan məhz həmin mədəniyyət oldu.

Orxan İsmayılov

Oxşar xəbərlər

Bütün xəbərlər