"Karvan-Yevlax"dan iki yeni transfer - RƏSMİ

Növbəti mövsümə futbol üzrə Azərbaycan Birinci Liqasında başlayacaq “Karvan-Yevlax” heyətini yeni futbolçularla gücləndirib.

Pressing.az xəbər verir ki, aranlılar qapıçı Əkpər Vəliyev və müdafəçi Elçin Mustafayevi transfer ediblər.

Hər ikisi ilə 1 illik müqavilə bağlanıb.

Karyerası ərzində “Cəbrayıl” və “Şamaxı”da forma geyinmiş Vəliyev son mövsümü MOİK-də keçirib.

Elçin Mustafayev isə "Şamaxı", "Araz-Naxçıvan" və “Mingəçevir”də oynayıb.

Oxşar xəbərlər