Xəbər lentiwidget-title-icon

Van Bommel Belçika millisində
25 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə edib
Ceyhun Nuriyev "Araz-Naxçıvan"da - RƏSMİ
Bakıda Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə beynəlxalq texniki seminara start verilib
AFFA “Sevincini Bölüş” xeyriyyə kampaniyasına dəstək verir – FOTOLAR
"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlanıb
Elxan Səmədov: "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq”
"Zirə"dən ayrıldı, Almaniya klubuna keçdi
“İmişli”dən “Xankəndi”nə keçdi
“Neftçi” İK yeni loqosunu təqdim edib
"Beşiktaş" belə qalib gəldi - VİDEO
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçilib
Azərbaycan millisi (Çimərlik) Qazaxıstana qarşı
“Zirə”nin potensial rəqiblərinin oyununda dörd qol
Azərbaycan komandası finalda
Yurgen Kloppla müqavilə imzalanıb
Vüsal İsgəndərli KL matçında oynadı, komandası qalib gəldi
"Qarabağ" - SSKA matçında bərabərlik - VİDEO
Vudmanla bağlı qərar
"Çelsi"dən "Aston Villa"ya
"Qoca" daha 1 il "Milan"da - RƏSMİ
"Qarabağ"ın potensial rəqiblərinin oyununda 5 qol
“SSKA çox bərk rəqib idi” - Qurban Qurbanov
Rəşad Sadıqov: "Təəssüf ki, qol epizodlarından yararlana bilmədik"

“Araz-Naxçıvan”ın kollektivi Naxçıvana səfər edib

Milli komandanın oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan”ın futbolçu və məşqçi heyəti Naxçıvana səfər edib.

Pressing.az xəbər verir ki, Naxçıvan şəhərinə səfər çərçivəsində komandanın heyəti öncə Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovla birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyəti ehtiramla yad ediblər.

Sonra Naxçıvan Muxtar Respublika Stadionunda azyaşlı futbolçuların, azarkeşlərin iştirakı ilə tədbir keçirilib. Tədbir çərçivəsində “Araz-Naxçıvan”ın üzvləri tərəfdarların alqış sədaları altında meydana daxil olub, eyniadlı futbol akademiyasının oyunçuları ilə əyləncə xarakterli məşqlərdə iştirak ediblər.

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun futbolçu və məşqçi heyəti ilə görüşüb.

Səlahiyyətli nümayəndə klubun heyətini doğma Naxçıvanda məmnunluqla salamlayıb, komandanın son illər qazandığı nailiyyətlərin, göstərdiyi peşəkarlıq və əzmkarlığın muxtar respublikanın idman həyatında qürurverici səhifə açdığını bildirib.

Son illər ölkəmizdə futbol sahəsində əldə olunan nailiyyətlərdən söz açan Fuad Nəcəfli vurğulayıb ki, bu uğurlar təsadüfi deyil. Çünki idmanda təsadüflər olmur. Hər bir qələbə əzmin, iradənin və birliyin nəticəsidir. “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması və keçirdiyi oyunlarda inamlı qələbələri Azərbaycan futbolu üçün tarixi hadisədir. Eyni zamanda 2024-2025-ci mövsümdə “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun Azərbaycan Premyer Liqasını 3-cü yerdə başa vurması, tarixində ilk dəfə Avropa meydanlarına çıxması, UEFA Konfrans Liqasının seçmə mərhələlərində inamlı çıxışı həm komandanın peşəkarlığının, həm də ölkə futbolunun dirçəlişinin göstəricisidir. Komandamızı dəstəkləyən minlərlə futbolsevər bu gün “Araz-Naxçıvan”ın oyunlarını böyük fərəhlə izləyir.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihələr, eləcə də Naxçıvan şəhərinin yeni baş planı barədə məlumat verən səlahiyyətli nümayəndə qeyd edib ki, bir neçə il sonra Naxçıvan tamamilə dəyişəcək. Təmsilçimizin ev oyunlarını doğma meydanda keçirməsi üçün mövcud stadionun yenidən qurulması, həmçinin yeni idman kompleksinin inşası nəzərdə tutulur. Yeni layihədə futbolçular üçün ən müasir idman infrastrukturunun, idmançı ailələri üçün isə yüksək yaşayış şəraitinin qurulması öz əksini tapacaq. Bu layihələr gerçəkləşdikdən sonra “Araz-Naxçıvan”ın hər bir oyunçusu komandamızın uğurları üçün doğma meydanda mübarizə aparacaq.

Özünü “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun bir üzvü kimi hiss etdiyini deyən Fuad Nəcəfli bundan sonra da komandaya dəstəyini əsirgəməyəcəyini qeyd edib, klubun hər bir üzvünə möhkəm cansağlığı, yeni qələbələr və komandaya uğurlu mövsüm arzulayıb.

Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov futbolçularla səmimi görüşə və göstərilən dəstəyə görə minnətdarlıq edib, Naxçıvan futbolunun inkişafı uğrunda bundan sonra da səylə çalışacaqlarını bildirib.

Futbolçulardan Felipe Santos və Qara Qarayev görüşün heyətə yüksək ruh və motivasiya bəxş etdiyini vurğulayıblar. Komanda üzvləri qeyd ediblər ki, uzun illər ölkənin yüksək liqasından ayrı qalan Naxçıvan futbolu qısa zamanda böyük uğurlarla bu həsrətə son qoydu. Ev oyunlarının yerli azarkeşlərin qarşısında keçirilməsi komandanın inkişafı baxımından vacibdir. Futbolçular tezliklə bu problemin də aradan qaldırılacağına inamını ifadə edib, çoxsaylı azarkeşlərin qarşısında mübarizə aparmağı səbirsizliklə gözlədiklərini bildiriblər.

Sonda “Araz-Naxçıvan” peşəkar futbol klubunun baş məşqçisi Elmar Baxşıyev səlahiyyətli nümayəndəyə forma və imzalı top hədiyyə edib, klub üzvləri ilə xatirə fotosu çəkdirilib.

Oxşar xəbərlər


Bütün xəbərlər

Van Bommel Belçika millisində
25 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə edib
Ceyhun Nuriyev "Araz-Naxçıvan"da - RƏSMİ
Bakıda Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə beynəlxalq texniki seminara start verilib
AFFA “Sevincini Bölüş” xeyriyyə kampaniyasına dəstək verir – FOTOLAR
"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlanıb
Elxan Səmədov: "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq”
"Zirə"dən ayrıldı, Almaniya klubuna keçdi
“İmişli”dən “Xankəndi”nə keçdi
“Neftçi” İK yeni loqosunu təqdim edib
"Beşiktaş" belə qalib gəldi - VİDEO
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçilib
Azərbaycan millisi (Çimərlik) Qazaxıstana qarşı
“Zirə”nin potensial rəqiblərinin oyununda dörd qol
Azərbaycan komandası finalda
Yurgen Kloppla müqavilə imzalanıb
Vüsal İsgəndərli KL matçında oynadı, komandası qalib gəldi
"Qarabağ" - SSKA matçında bərabərlik - VİDEO
Vudmanla bağlı qərar