Xəbər lentiwidget-title-icon

AFFA-dan futbol mütəxəssisləri üçün növbəti vebinar
Azərbaycan millisinin voleybolçusu klubunu dəyişib
Erməni güləşçilər Bakıya gələcəklər
"Qalatasaray"dan Lemina qərarı
"Sabah"ın potensial rəqiblərinin oyununda beş qol
Valdas Dambrauskas: "Bu qədər qol vəziyyəti qaçırmaq bizi məyus edir"
"Sabah"ın bu qədər qol vəziyyəti yaradacağını bilirdik" - "KupS"un baş məşqçisi
"Sabah" "KupS"a qalib gəldi - YENİLƏNİB
"Sabah" - "KupS" matçı üçün HEYƏTLƏR
Türkiyə klubunun sabiq üzvü "Zirə"də
AFFA-ın stadionunun ot örtüyü yenilənir
"Çatışmayan məqamlar var" - "Kəpəz"in baş məşqçisi
Xarici mütəxəssis "İmişli"də - RƏSMİ
"Qarabağ" onları yenə UEFA-ya sifariş etmədi
Zidan Fransa yığmasında
"İmişli" "Qarabağ-2"ni darmadağın etdi
"Qəbələ"də nigeriyalı futbolçu - RƏSMİ
Kanadalı futbolçu "Şəfa"da
"Qarabağ"ın legioneri intizamsızlıq etdi, əsas komandadan qovuldu – ÖZƏL
Abbas Hüseynovun "Qarabağ"dakı qaranlıq taleyi – YAZI
Fransa klubundan "Turan Tovuz"a
"Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxır
Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
"Bayern"dən Laymer qərarı
"Karvan-Yevlax"dan iki yeni transfer - RƏSMİ

"Qızıl dubl" yaşamış qapıçı, təcrübəli adlar – "Şəfa"nın transfer DOSYESİ

Hazırda Azərbaycan futbolunda transfer bazarının ən aktiv klublarından biri "Şəfa"dır.

"MyGroup" şirkətinin dəstəyi ilə uzun illərdən sonra yenidən Premyer Liqaya vəsiqə qazanan bakılılar növbəti mövsümə görə güclü heyət formalaşdırmaq üçün qollarını çırmalayıb. Təsadüfi deyil ki, qısa zaman ərzində 8 oyunçu paytaxt təmsilçisinin sıralarına qoşulub.

Bakı klubu transferlərlə yanaşı, bəzi futbolçularla müqavilələri yeniləyir, bəziləri ilə də yollarını ayırır. Görünür ki, Zaur Həşimovu komandanın "sükanı arxasına" gətirən klub növbəti mövsüm üçün tam güclə çalışır və bütün imkanlar səfərbər edilib. İndiyədək reallaşdırılan keçidlərə nəzər saldıqda isə transfer siyasətinin əsasən təcrübəli və Premyer Liqanın səviyyəsini yaxşı tanıyan futbolçular üzərində qurulduğu görünür.

Transfer hərəkatına müdafiəçi Rauf Hüseynli ilə start verilib. Son olaraq "Kəpəz"in formasını geyinən "Qarabağ"ın yetirməsi ötən mövsüm çıxdığı 28 oyunda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Şəfa" artıq iki qapıçı da transfer edib. "Çərçivə"ni təcrübəli əllərə etibar edən bakılılar vaxtilə "Qarabağ", "Qəbələ", "Sumqayıt" və son olaraq "Sabah"da forma geyinmiş Nicat Mehbalıyevlə anlaşıb. O Mehbalıyev ki, "Sabah"la parlaq mövsüm keçirib. Həm Misli Premyer Liqasında, həm də Azərbaycan Kubokunda çempionluq yaşayaraq "Qızıl dubl"da pay sahibi olub. Digər qolkiper isə "Kəpəz"dən ayrılan Məmməd Hüseynovdur. Hüseynov həm də "Qarabağ"ın yetirməsidir.

O cümlədən müdafiə xəttinə "Şamaxı"nın təcrübəli siması, komandasının kapitanı olmuş Arsen Ağcabəyov da transfer edilib. Bölgə təmsilçisinin sabiq baş məşqçisi, hazırda Azərbaycan yığmasını çalışdıran Ayxan Abbasovun ən güvəndiyi futbolçulardan biri də artıq "Şəfa"nın uğurları üçün çalışacaq.

"Qəbələ"dən ayrılaraq "Şəfa"ya keçən Murad Musayev də müdafiə xəttinin gücünə güc qatmağa çalışacaq.

Bakı təmsilçisi Tərlan Quliyev və Elnur Cəfərov kimi təcrübəli adları isə komandada saxlamaq qərarına gəlib. Onlarla yeni müqavilələr imzalanıb.

Premyer Liqanın yeni sakini, eyni zamanda, gənc futbolçulara da fürsət tanıyıb. Belə ki, Nahid Əliyev və Ramin Nəsirli kimi gənc futbolçularla yeni sözləşmələr imzalanıb və onları da elitada keçiriləcək oyunlarda əsas heyətdə görə bilərik.

Bu, "Şəfa"nın indiyədək etdiyi transferlərə qısa baxışdır. Görünən odur ki, "Şəfa" Premyer Liqaya sadəcə qayıtmaqla kifayətlənmək niyyətində deyil. Bakı təmsilçisi transfer çalışmalarını davam etdirir və elitada söz sahibi ola biləcək heyət formalaşdırmağa can atır. Qarşıdakı həftələrdə klubun daha bir neçə səs-küylü transferə imza atacağı da istisna edilmir.

Pressing.az

Oxşar xəbərlər


Bütün xəbərlər

AFFA-dan futbol mütəxəssisləri üçün növbəti vebinar
Azərbaycan millisinin voleybolçusu klubunu dəyişib
Erməni güləşçilər Bakıya gələcəklər
"Qalatasaray"dan Lemina qərarı
"Sabah"ın potensial rəqiblərinin oyununda beş qol
Valdas Dambrauskas: "Bu qədər qol vəziyyəti qaçırmaq bizi məyus edir"
"Sabah"ın bu qədər qol vəziyyəti yaradacağını bilirdik" - "KupS"un baş məşqçisi
"Sabah" "KupS"a qalib gəldi - YENİLƏNİB
"Sabah" - "KupS" matçı üçün HEYƏTLƏR
Türkiyə klubunun sabiq üzvü "Zirə"də
AFFA-ın stadionunun ot örtüyü yenilənir
"Çatışmayan məqamlar var" - "Kəpəz"in baş məşqçisi
Xarici mütəxəssis "İmişli"də - RƏSMİ
"Qarabağ" onları yenə UEFA-ya sifariş etmədi
Zidan Fransa yığmasında
"İmişli" "Qarabağ-2"ni darmadağın etdi
"Qəbələ"də nigeriyalı futbolçu - RƏSMİ
Kanadalı futbolçu "Şəfa"da
"Qarabağ"ın legioneri intizamsızlıq etdi, əsas komandadan qovuldu – ÖZƏL
Abbas Hüseynovun "Qarabağ"dakı qaranlıq taleyi – YAZI