Mbina: "Həm Premyer Liqada, həm də kubokda qalib olmaq möhtəşəm hissdir" – AÇIQLAMA
"Sabah" ötən gün Bizon Azərbaycan Kubokunun final matçında "Zirə"yə 2:1 hesabıyla qalib gələrək kuboku başı üzərinə qaldırıb.
Matçdan sonra Masazır təmsilçisinin qabonlu mərkəz hücumçusu Orfe Mbina Pressing.az-ın suallarını cavablandırıb.
– Çempionluq təəssüratlarını bölüşərdin...
– Bu mənim ilk çempionluğumdur. İlk çempionatım və ilk finalımdır. Möhtəşəm hisslər keçirirəm. Necə olduğunu bilmirəm, amma komanda yoldaşlarımla birlikdə burada oynamaqdan həzz alıram. Başqa nə deyəcəyimi bilmirəm. Hər kəsi təbrik edirəm!
– Fantastik qol vuraraq komandanın qələbəsində mühüm pay sahibi oldun. Bu barədə nə deyə bilərsən?
– Bu qolla komandama kömək etdiyim üçün çox xoşbəxtəm. Yenə deyirəm, sadəcə gördüyüm işdən həzz alıram.
– Bəs mövsüm haqqında nə deyə bilərsən? Həm də Premyer Liqada çempion olduz.
– Mövsüm mənim üçün olduqca çətin keçdi, çünki səhhətimdə problemlər vardı. Sadəcə, çox çalışdım və indi komandaya kömək etmək üçün yaxşı vəziyyətdəyəm. Həm Premyer Liqada, həm də kubokda qalib olmaq möhtəşəm hissdir.
Daşqın Əziz