Xəbər lentiwidget-title-icon

"Sabah" Çempionlar Liqasının pley-offunda!
"Sabah" - "Orhus" matçı üçün HEYƏTLƏR
“Sabah”da litvalı oyunçu - RƏSMİ
Rəşad Əzizli "Kəpəz"də - RƏSMİ
Bundesliqa klubundan yeni transfer
İtaliya klubunda itki
“Karvan-Yevlax”da yeni hücumçu aldı - RƏSMİ
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı!
"Çelsi"dən Fransa klubuna
"Kəpəz"də daha bir legioner - RƏSMİ
"Bayern"dən Harri Keynlə bağlı qərar
11 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabah" Çempionlar Liqasında cavab oyununa çıxır
"Barselona"nın ulduzu "Liverpul"da
Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilib
BCF-dən Bakıda cüdo məşqçiliyi üzrə sertifikat proqramı keçirilir
Braziliyalı futbolçu "Qəbələ"də
I Liqa klubundan “Kəpəz”ə - RƏSMİ
Namik Ələskərov "Kəpəz"də - RƏSMİ
Valdas Dambrauskas: "Hər kəs sabah əlindən gələni edəcək"
"Sabah"dan ayrılan oyunçu "Araz-Naxçıvan"da
AFFA rəsmisi Gürcüstanda səfərdə olub
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular məlumdur
Azərbaycan klubunda çexiyalı voleybolçu
“Karvan-Yevlax”dan daha bir transfer - RƏSMİ

İtaliyalı idmançı “Bakı–Xankəndi” velosiped yarışının qalibi olub

İtaliyalı Marko Manenti “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin qalibi olub.

Pressing.az xəbər verir ki, o, 152,7 km məsafəni birinci başa vurub.

İtaliyanın “Bardiani CSF 7 Saber” komandasının üzvü məsafəni 3 saat, 11 dəqiqə, 46 saniyəyə qət edib. “Astana”dan Henok Mulubrhan ikinci, ekvadorlu Pita Kristian David (“Roojai İnsurance Winspace”) üçüncü yeri tutub.

İlk mərhələdə finişə Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün “Astana”nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə “Astana”nın rusiyalı üzvü Qleb Suritsa bütün rəqiblərini qabaqlayıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.

Oxşar xəbərlər