Xəbər lentiwidget-title-icon

"Qarabağ"da itki: 8 həftə oynamayacaq
"Qəbələ" Qətər klubunu məğlub etdi
Rüfət Abdullzadə İsrail klubunda qol hesabını açdı
"Mançester Siti" - "İnter" oyununda 6 qol - VİDEO
Azərbaycan millisi Avropa çempionatını 16-cı pillədə başa vurub
"Kəpəz" azarkeşləri "Cavad Xan" adlı yeni fan-klub yaradır
"Şəfa" ev oyunlarını bu stadionda keçirə bilər – ÖZƏL
"Qəbələ"də yeni qapıçı - RƏSMİ
"Portu"nun 25-ci çempionluğu
"Real" - "Fiorentina" oyununda 4 qol - VİDEO
La Liqa klubunda gənc oyunçu
"Roma"dan yeni transfer
Sanqarenin yeni klubu - RƏSMİ
Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olub
"Ayaks"dan yeni transfer
Almaniya klubunda itki
Nigeriyalı vinger "Sabah"da
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb
Frank De Bleker Azərbaycandakı iş dönəmi haqda danışıb
Azərbaycan güləşçilərindən beynəlxalq turnirdə dörd medal
Bakıda “Masters” kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək
Sabiq "Qarabağ"lıdan het-trik
Azərbaycan sablyaçıları dünya çempionatında 13-cü olub
“Neftçi SOCAR” Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala yüksəlib
De Bleker AFFA-dan getdi

“Bakı-Xankəndi” velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib

“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş onlayn formatda iclas keçirilib.

Pressing.az xəbər verir ki, toplantıda aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri, Azərbaycan Prezidentinin xüsusi nümayəndələri, yarışın marşrutlarının keçəcəyi şəhər və rayonların icra hakimiyyətlərinin başçıları və onların müavinləri, müvafiq yaşayış məntəqələrinin icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

İclası giriş sözü ilə açan gənclər və idman naziri Fərid Qayıbov əvvəlki illərdə ölkəmizdə təşkil olunan velosiped yarışlarını xatırladaraq, mayın 10-dan 14-dək təşkil olunacaq “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2026-cı ilin idman təqvimində yer almasının mühüm hadisə olduğunu, aidiyyəti qurumların dəstəyi ilə bu yarışın da yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Yarışın Təşkilat Komitəsinin sədri, iqtisadiyyat nazirinin müavini, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov geniş təqdimatla çıxış edərək bildirib ki, yarışa hazırlıq təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq gedir. 5 mərhələdən ibarət olan yarışa dünyanın 21 ölkəsindən 25 yüksək səviyyəli komandanın qatılacağı gözlənilir. Bakıda “Sea Breeze”dən start götürəcək yarış iştirakçıları 5 gün ərzində Azərbaycanın 21 şəhər və rayonunun ərazisindən keçərək 850 km məsafə qət edəcəklər və yekunda Xankəndi şəhərinin mərkəzi meydanında, Zəfər abidəsinin qarşısında finiş xəttini keçəcəklər.

Sahib Ələkbərov qeyd edib ki, bu, istedadlı gənc velosipedçilərin aşkarlanması və tanıtdırılması ilə bərabər, paytaxtımızın və bölgələrimizin heyrətamiz gözəllikləri, habelə işğaldan azad olunmuş ərazilərimizdə aparılan geniş quruculuq işləri barədə məlumatların bütün dünyaya çatdırılmasına imkan verəcək.

Daxili işlər nazirinin müavini Oqtay Kərimov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov, bir sıra rayonların icra hakimiyyətlərinin başçıları, Dövlət Gömrük Komitəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, TƏBİB və digər qurumların nümayəndələri yarışın təşkili ilə bağlı fikirlərini bölüşərək onları maraqlandıran sualları səsləndiriblər. İclasda ətraflı fikir mübadiləsi aparılıb və iştirakçıların bütün sualları cavablandırılıb.

Oxşar xəbərlər