Xəbər lentiwidget-title-icon

Valdas Dambrauskas: "Bir-birinə çox bənzəyən iki komanda qarşılaşacaq"
Azərbaycan güləşçisi dünya üçüncüsü oldu
"CBC Sport"un əməkdaşına AFFA-da vəzifə verilir
MS-dən "Barselona"ya - RƏSMİ
Daha bir millidə yeni baş məşqçi
Serbiyalı futbolçu "Neftçi"də
"Şamaxı"nın hücumçusu: "Qarabağ"a qarşı fərqlənmək komanda üçün yaxşı motivasiya oldu" – AÇIQLAMA
AFFA-da kütləvi ixtisarlar: Daha 7 şəxs işdən çıxarılır
"Sabahın Ulduzları": "Qarabağ" qalib gəldi, "Sumqayıt" uduzdu
"Sabah"ın rəqibində ayrılıq
Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
Batşuayi də Ərəbistan yolunu tutdu
Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalında
“Sabah” bu ölkədə təlim-məşq toplanışı keçirəcək
18 avqust: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Premyer Liqa klubundan yeni transfer
"Ayaks"da yeni oyunçu
Çempionlar Liqasında pley-off mərhələsi başlayır
Bundesliqa klubunda yeni oyunçu
Oyan Nəzəriani: “Çimərlik güləşi ölkəmizdə getdikcə kütləviləşir”
"Şamaxı"nın hücumçusu: "Bu, sadəcə başlanğıcdır" – AÇIQLAMA
Azərbaycan güləşçilərindən DÇ-də iki medal
Fransa klubundan yeni transfer
Qurban Qurbanov "Şamaxı" üzərində qələbəni şərh etdi
Azər Bağırov: "Zamanla daha yaxşı “Şamaxı” görəcəyik”

AFFA tərəfindən “Eyeball” platformasının istifadəsinə start verilib

AFFA tərəfindən futbolun inkişafı və müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr çərçivəsində “Eyeball” analitik platformasının istifadəsinə başlanılıb.

Pressing.az xəbər verir ki, layihə həm kişi, həm də qadın futbolunu əhatə edir və artıq U-15, U-16, U-17, U-19 və Əvəzedicilər Liqası, eləcə də qadınlar arasında U-16 və Yüksək Liqa komandaları bu sistemə daxil edilib. Bu addım yerli futbolda analitika və rəqəmsal yanaşmanın tətbiqini genişləndirməyə xidmət edir.

“Eyeball” platformasının Azərbaycan dili üzrə istifadəsinin də tam təmin olunması planlaşdırılır. Bu yenilik yerli istifadəçilər üçün platformadan daha rahat və effektiv istifadə imkanları yaradacaq, eyni zamanda analitik məlumatların daha anlaşılan formada təqdim edilməsinə töhfə verəcək.

“Eyeball” layihəsinin ilkin mərhələsində platformanın Bakı və Abşeron ərazisində fəaliyyət göstərən klublar arasında tətbiqi nəzərdə tutulub. Növbəti mərhələdə isə region klublarının da sistemə qoşulması planlaşdırılır. Eyni zamanda, növbəti mövsümdən etibarən bütün klubların öz ev oyunlarını çəkərək platformaya yükləməsi nəzərdə tutulur.

Yüklənmiş oyunlar platforma tərəfindən avtomatik emal olunur və qısa müddət ərzində geniş statistik göstəricilər və analitik məlumatlar formalaşdırılır. İstifadəçilər oyunların tam video görüntüsünü izləməklə yanaşı, konkret epizodları seçə, hadisələr üzrə filtr tətbiq edə və oyun daxilində baş verən bütün əsas məqamları ayrıca analiz edə bilirlər.

Bundan əlavə, hər həftə bütün yaş qrupları üzrə “Həftənin rəmzi komandası” hazırlanacaq və platforma üzərindən təqdim olunacaq. Bu isə futbolçuların fərdi performanslarının daha yaxından izlənilməsinə və fərqlənən oyunçuların ön plana çıxmasına əlavə imkan yaradacaq.

Eyni zamanda, “Eyeball” platforması üzərindən futbolçuların performans göstəriciləri və oyun görüntüləri xarici klub skautları tərəfindən də izlənilə bilər. Bu isə yerli futbolçuların beynəlxalq səviyyədə daha geniş tanınmasına və onların xarici klublarda çıxış etməsi üçün əlavə imkanların yaranmasına şərait yaradır.

Beləliklə, platforma yalnız analiz aləti deyil, həmçinin futbolçuların karyera inkişafına dəstək verən mühüm vasitə rolunu oynayır.

Oxşar xəbərlər

Bütün xəbərlər