Xəbər lentiwidget-title-icon

Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya edilib
"Zirə"nin futbolçusu zədələnib
Daha bir futbolçu karyerasını bitirib
Azərbaycan millisi İraqla qarşılaşıb
Azərbaycan yığmasından Oman üzərində qələbə
Əməkdar məşqçi Hikmət Hacıyev ikinci dəfə Avropanın ən yaxşı məşqçisi seçildi – FOTOLAR
“Araz-Naxçıvan”ın zədəlisi sıraya qayıtdı
Polşa millisinin baş məşqçisi Puxaça görə TƏNQİD OLUNDU
Daha bir yığmada baş məşqçi ayrılığı
Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək milli üzvləri ilə görüşüb
“Neftçi”də hakim qaydalarına dair seminar keçirilib
Azərbaycan millisindən Litva ilə heç-heçə
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar məlumdur
17 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Almaniyaya darmadağın hollandlara "baha oturdu"
"Kəpəz" - "Qarabağ" oyununa BÖYÜK MARAQ
Millətlər Liqasında qrup mərhələsinə yekun vurulur
"Şirvan"dan darmadağın - VİDEO
Bir qolun sirri... – YAZI
Keyndən daha bir rekord
NTD və “Ordu”dan məğlubiyyət - ABL
Azərbaycanın 2 boksçusu AÇ-yə qələbə ilə başlayıb
"Sabah"ın futbolçusunun komandasından heç-heçə
"Turan Tovuz"un futbolçusu oynadı, komandası uduzdu
Ayxan Abbasov: "Sevindirici hallar çox oldu"

Peşəkar Futbol Liqasından yeni layihə

Peşəkar Futbol Liqası Misli Premyer Liqası matçlarının tamaşaçılar üçün daha da rəngarəng olmasına hədəflənmiş pilot layihə həyata keçirəcək.

Pressing.az PFL-in saytına istinadən xəbər verir ki, beynəlxalq "İnSports" şirkəti ilə sınaq anlaşmasına əsasən, yayım zamanı xüsusi qrafikalar tətbiq ediləcək.

Layihə iki qarşılaşmanı əhatə edəcək. Nümayiş üçün yanvar ayının 31-də keçiriləcək “Zirə” – “Sabah” və fevralın 1-də baş tutacaq “Qarabağ” – “Turan Tovuz” matçları seçilib. Pilot layihə PFL-in razılığına əsasən Misli Premyer Liqasının rəsmi yayımçısı "CBCSport" ilə əməkdaşlıq çərçivəsində reallaşdırılacaq.

Yeni qrafika oyunun əsas taktiki və statistik məqamlarını canlı yayım zamanı vizual şəkildə təqdim etməklə, tamaşaçıların oyunu daha əhatəli, bol məlumatlı izləməsinə imkan yaradacaq. Qrafik elementlər standart vəziyyətlər, topa nəzarət dinamikası, mübarizələrin zonalar üzrə bölgüsü, hücum istiqamətləri və oyunçuların fərdi fəaliyyətləri ilə bağlı əlavə kontekst təqdim edəcək.

Pilot layihə çərçivəsində həmçinin oyunçuların statistik kartları, penalti epizodları ilə bağlı məlumatlar və komandaların müdafiə xəttinin fəaliyyətinin dəyərləndirməsi kimi göstəricilər də efirdə əks olunacaq. Bu elementlər oyunun gedişini və taktiki xüsusiyyətlərini daha dolğun izah etməyə xidmət edəcək.

“İnSports” beynəlxalq şirkət olduğundan qarşı tərəfin futbolçularımızla bağlı müraciətinə əsasən mövqe adları və bəzi abreviaturların təqdimatı zamanı auditoriyanın genişlik imkanı nəzərə alınaraq ingilis dilindən istifadə olunacaq.

Layihənin əsas məqsədi Misli Premyer Liqasının televiziya yayımının keyfiyyətini artırmaq və azarkeşlərə oyunun analitik tərəfini daha vizual və anlaşılan formada təqdim etməkdir.

Oxşar xəbərlər

Bütün xəbərlər