Xəbər lentiwidget-title-icon

Van Bommel Belçika millisində
25 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə edib
Ceyhun Nuriyev "Araz-Naxçıvan"da - RƏSMİ
Bakıda Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə beynəlxalq texniki seminara start verilib
AFFA “Sevincini Bölüş” xeyriyyə kampaniyasına dəstək verir – FOTOLAR
"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlanıb
Elxan Səmədov: "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq”
"Zirə"dən ayrıldı, Almaniya klubuna keçdi
“İmişli”dən “Xankəndi”nə keçdi
“Neftçi” İK yeni loqosunu təqdim edib
"Beşiktaş" belə qalib gəldi - VİDEO
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçilib
Azərbaycan millisi (Çimərlik) Qazaxıstana qarşı
“Zirə”nin potensial rəqiblərinin oyununda dörd qol
Azərbaycan komandası finalda
Yurgen Kloppla müqavilə imzalanıb
Vüsal İsgəndərli KL matçında oynadı, komandası qalib gəldi
"Qarabağ" - SSKA matçında bərabərlik - VİDEO
Vudmanla bağlı qərar
"Çelsi"dən "Aston Villa"ya
"Qoca" daha 1 il "Milan"da - RƏSMİ
"Qarabağ"ın potensial rəqiblərinin oyununda 5 qol
“SSKA çox bərk rəqib idi” - Qurban Qurbanov
Rəşad Sadıqov: "Təəssüf ki, qol epizodlarından yararlana bilmədik"

Əhmədovla Abbasovun günahı nədir?

İlkin Abbasov yazır

Azərbaycan futbolu o qədər bərbad vəziyyətdədir ki, "Turan Tovuz" və "Kəpəz" Premyer Liqada oynamaq üçün tovuzlu və gəncəli futbolçu tapa bilmir.

Qabaqlar nəinki öz heyətlərində, az qala hər klubun heyətində azı iki tovuzlu və gəncəli futbolçu oynayırdı. İndi özləri belə heç ehtiyatda oturtmaq üçün yerli futbolçu tapa bilmirlər. Vaxt var idi, "Turan" və "Kəpəz" 11 tovuzlu və gəncəli ilə medallar uğrunda mübarizə aparırdı. Düzdür, zaman, tələblər dəyişib, indi bunu etmək mümkün deyil. Amma yenə də bu iki şəhərdə heç olmasa orta səviyyədə futbolçu yetişməli idi axı. Demirəm ki, heç yoxdu, var. Amma olanlar da barmaqla sayılacaq qədərdir, onların da əksəriyyəti Premyer Liqalıq futbolçu deyillər. Azarkeşlər isə buna görə Ayxan Abbasov və Tərlan Əhmədova "özümüzünkülərə şans vermir", - deyə irad bildirirlər.

Yoldaşlar, ünvanı səhv salmısız. Əhmədovla Abbasov nə akademiyanın rəhbəridirlər, nə klubun, nə 10 ilə yaxındır ki, bu iki kluba nəzarət edən AFFA-nın, nə də uşaq futbolunun inkişafı üçün milyonlar ayrılan UGİM-in... Onlar sadəcə, bu iki klubun baş məşqçiləridirlər və onlara təqdim olunan materialın içindən ən yaxşılarını seçib, tapşırılan işi görürlər. İşlərinin də öhdəsindən pis gəlmirlər. İrad bildirməli olduğunuz ünvan başqadır. Gedin, yuxarıda yazdığım kimi bu iki kluba nəzarət edən AFFA-nın, AFFA istəyi ilə bu klublara rəhbərlik edən şəxslərin, UGİM rəhbərlərinin sinəsindən yapışın. Soruşun ki, illərdir nə işlə məşğulsuz?

Danışanda deyirdilər ki, Azərbaycan futbolu üçün oyunçu yetişdiririk. Bir sual edin, görün, hanı bəs o futbolçular, hara yoxa çıxıblar? Cavab verəcəklər ki, pul kifayət qədər deyil, lazımi infrastruktur yoxdur. Razıyam, amma futbolumuzun "peraşki" dövründə pul heç yox idi, infrasturkturun nə olduğunu belə bilmirdik. Bəs yaxşı, o zaman beton, daşlaşmış torpaq meydançalarda Nadir Nəbiyevlər, Elvin Məmmədovlar, Mahmud Qurbanovlar necə yetişmişdilər? Deməli, işi düzgün görmürlər. Belə görünür ki, fikirləri də yoxdur... Əgər tələb edən olmasa...

Başqa vaxt deyirsiz ki, Tovuz və Gəncə futbolumuzun məbədidir, bu iki şəhərdə futbol olmasa Azərbaycanda futbol inkişaf edəsi deyil. Əgər belədirsə, deməli, bu iki şəhəri təmsil edən klubların azarkeşləridə digər klubların fanatlarından seçilməlidirlər, öndə olmalıdırlar, nümunə olmalıdırlar, bu məbədləri qorumalıdırlar. Olun də nümunə, qoruyun məbədi, daha doğrusu, qorumadığınız üzündən məhv olan məbədi bərpa edin...

P.S. "Turan Tovuz"un Şamaxı" ilə oyunundan sonra Ayxan Abbasov üçün bir qrup azarkeşin "istefa" tələb etməsi ətrafında bəzi idman saytları ajiotaj yaratmağa çalışırlar. Oyundan bir həftə keçib, amma hər gün bu mövzuda yeni məqalə oxuyuruq, ağlasığmaz teoriyalar eşidirik. Bəzi jurnalistlər bircə Baydenlə Putini işə qatmayıblar. Günahlandırmadıqları adam qalmayıb. İllərini kluba qurban vermiş insanlara şər ayırlar. Qəti narahat olmayın, "Turan Tovuz" azarkeşi çox gözəl bilir, aranı qatanların kimliyini. Kimliklərini bildiyi kimi də məsələnin həll yollarını da bilir...(offsideplus.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

Van Bommel Belçika millisində
25 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə edib
Ceyhun Nuriyev "Araz-Naxçıvan"da - RƏSMİ
Bakıda Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə beynəlxalq texniki seminara start verilib
AFFA “Sevincini Bölüş” xeyriyyə kampaniyasına dəstək verir – FOTOLAR
"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlanıb
Elxan Səmədov: "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq”
"Zirə"dən ayrıldı, Almaniya klubuna keçdi
“İmişli”dən “Xankəndi”nə keçdi
“Neftçi” İK yeni loqosunu təqdim edib
"Beşiktaş" belə qalib gəldi - VİDEO
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçilib
Azərbaycan millisi (Çimərlik) Qazaxıstana qarşı
“Zirə”nin potensial rəqiblərinin oyununda dörd qol
Azərbaycan komandası finalda
Yurgen Kloppla müqavilə imzalanıb
Vüsal İsgəndərli KL matçında oynadı, komandası qalib gəldi
"Qarabağ" - SSKA matçında bərabərlik - VİDEO
Vudmanla bağlı qərar