Xəbər lentiwidget-title-icon

"Çox istəyirəm ki, I Liqada iddialı olaq və Premyer Liqaya geri qayıdaq" - Füzuli Məmmədov
"Qarabağ"dan daha bir transfer - RƏSMİ
Misli Premyer Liqasında mövsüm sülhlə başa çatdı
Azərbaycan çempionatında 21 ildən sonra 500 qol
“Araz-Naxçıvan”ın 30-cu ev qələbəsi
Pley-off matçının vaxtı və nominal ev sahibi məlum olub
"İmişli" - "Karvan-Yevlax" matçı üçün HEYƏTLƏR
"Sabah"ın Çempionlar Liqasındakı potensial rəqibləri MƏLUMDUR
Azərbaycanlı futbolçunun komandasından qələbə
"Zirə"nin Premyer Liqada 400-cü qolu ondan gəldi
Ozan Kökçünün komandası Erediviziyanı tərk etdi
Misli Premyer Liqasında mövsümün SON OYUNU
Mədinə Sadıqovanın tarixi Avropa çempionluğu
"Neftçi"nin Cəfərquliyev israrı: Məbləğ bəlli oldu – ÖZƏL
Elvin Avropa çempionu, Gülay ikinci oldu
"Araz-Naxçıvan" - "Zirə" matçında 5 qol - VİDEO
“Qarabağ”ın bütün mümkün rəqibləri müəyyənləşib
Rəşad Sadıqov: "Əvvəlki illərə baxsaq, görərik ki..."
"Layiqli qalibiyyət əldə etdik" - Andrey Demçenko
"Araz-Naxçıvan" və "Neftçi"dən qələbə - YENİLƏNİB
"Qarabağ"ın U-19 komandası çempion olub
"Neftçi"dən mövsüm qələbə ilə vida - VİDEO
Azər Bağırov: "Çempion olaq, avrokuboklara vəsiqə qazanaq, amma nə ilə?"
"Yerli oyunçulara üstünlük verərdim" - Yuri Vernidub
SON DƏQİQƏ! "Qarabağ" 3 futbolçu ilə yollarını ayırdı

"Digər futbolçuların maaşı qalxırdı, məndə isə düşməli olurdu" – MÜSAHİBƏ

Son olaraq "Turan Tovuz"da çıxış etmiş Cavid Tağıyevin Pressing.az-a müsahibəsini təqdim edirik.

- "Turan Tovuz"un düşərgəsindən nə vaxt ayrılmısan?

- Çempionat bitəndə. Müqaviləm bitmişdi və ayrıldım.

- İstirahət bitəndən sonra klub səninlə əlaqə saxladı?

- Rəhbərlik olaraq heç kim mənimlə əlaqə saxlamayıb, maraqlanmayıb.

- Müqavilənin uzadılması ilə bağlı danışıq olmadı?

- Yox. Söhbət edərkən öz sözümü demişdim. Rəhbərlik və baş məşqçiyə mənim fikrim bəlli oldu.

- Rəhbərlikdən kimlə danışmışdın?

- Öncə Nadir Nəbiyevlə, sonra Ayxan Abbasovla danışmışdım. Qərarları Ayxan Abbasov verir, baş məşqçi odur. O öz şərtlərini bildirdi, mən də öz fikrimi.

- Konkret olaraq sənə nə dedilər?

- Dedilər ki, özünə komanda tapsan, gedə bilərsən. Olmasa da, səni "Turan Tovuz"da gözləyirik. Amma bəzi problemlər var idi, maaşımın azaldılmasını təklif etmişdilər. Mən də buna razı olmadım. Ümumiyyətlə belə təklif etmələri düzgün deyildi.

- Bir tovuzlu olaraq az maaş təklif olunanda incikliyin olmadı?

- Burada nələrsə mənim tovuzlu olub-olmamağım deyil. Düzdür, burada ilk öncə tovuzlu oyunçulara üstünlük verilir. Tovuz elə bölgədir ki, oradan həmişə futbolçular çıxıb. Bu, hamıya bəllidir. Ötən mövsüm tovuzlu futbolçuların bəzilərinə təklif oldu, bəzilərinə olmadı. Ən sonda mənə təklif oldu. Razılığa gəldik. Mənim özümə başqa təkliflər də var idi. Düşünürəm ki, karyeramda verdiyim ən səhv qərar "Turan Tovuz"a getmək idi.

- Hansı klublardan təklif var idi?

- "Şamaxı", "Səbail", "Kəpəz"dən təklif almışdım. Sadəcə olaraq bir tovuzlu kimi dəvəti qəbul etdim. Sonu da belə oldu.

- "Turan Tovuz" bu il maaşının təxminən nə qədər azaldılmasını təklif etmişdi?

- "Turan Tovuz"da elə böyük məbləğ aldığımı deməzdim. Hamı görür ki, hazırda komandanın sponsoru var, büdcə normaldır. Digər futbolçuların maaşı qalxırdı, məndə isə düşməli olurdu.

- Klub rəhbərliyi və baş məşqçi ilə görüşüb sağollaşdız?

- Yox. Görüş bir dəfə ötən mövsümün son turlarında olub. Ondan sonra nə Nadir Nəbiyevlə, nə də Ayxan Abbasovla görüşümüz, danışığımız olmayıb.

- Müqavilənin uzadılması üçün hansı şərtləri irəli sürmüşdün? Anlasa bilməməyinizin səbəbi yalnız maaş idi?

- Bəli, yalnız maaşla bağlı idi.

- "Turan Tovuz" sosial şəbəkə hesablarında səninlə yollarını ayırdığını açıqlamadı, sənə təşəkkür etmədi. Bu, nə ilə bağlıdır?

- Məncə, bu sual klub rəhbərliyinə, mətbuat katibinə verilsə, daha yaxşı olar. Bilmirəm. Heç o barədə maraqlanmıram. Marağımda da deyil.

- Səncə, bu, hörmətsizlik deyil?

- Ona görə deyirəm ki, klubdan soruşun. Onların sosial şəbəkə hesablarında paylaşım etməsi mənim üçün önəmli deyil.

- Hazırda nə edirsən, təkliflərin var?

- Bakıda oluram, məşq edirəm. Təklif var idi açığı. Son anda razılığa gələ bilmədik. Fərdi məşq edirəm, karyeramı bitirmək haqda düşünmürəm. Ola bilər ki, oyun praktikamı artırmaq üçün I Liqa klublarından birinə keçim. Gələcəkdə nələrin olacağını bilmək olmaz. Desəm ki, I Liqada oynamaram, belə bir fikrim yoxdur, bu, doğru olmaz. Hər an hər şey ola bilər.

- Adın "Araz-Naxçıvan"la hallanırdı. Bu, nə dərəcədə həqiqəti əks etdirirdi?

- Bəli, istəyirdilər. Amma son anda alınmadı. Həyatdır da, bəzən olur, bəzən olmur.

Elsevər Muradzadə

Oxşar xəbərlər

Bütün xəbərlər