Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

Aftandil Hacıyev: "İndi millidə bir qədər qıtlıqdır" – MÜSAHİBƏ

“Qarabağ” Futbol Akademiyasına koordinatoru Aftandil Hacıyevin Pressing.az saytına müsahibəsi:

- Canlı izlədiyiniz görüşdə “Qarabağ”ın U-15 komandası səfərdə “Neftçi”ni 3:1 hesabı ilə məğlub etməklə finala vəsiqə yolunda böyük addım atdı. Komandanızın çıxışından razı qaldınız?
- Akademiyalarda - U-13, U-14, U-15, U-16-larda pley-off mərhələləri başlayıb. Hər yaş qrupu üzrə komandalarımız bu mərhələdə iştirak edir. U-15-lərin yarımfinal matçını izlədik. Bu, bizim hədəf qrupumuzdur. Hansı ki, gələcəkdə bu qrupdan böyük futbolda bir neçə nəfər qazandıra biləcəyimizi düşünürük. Maraqlı oyun keçdi. Düzdür, “Neftçi” ilə bundan da maraqlı görüşlərimiz olub. Ən azından liqanın ən yaxşı komandaların ikisi mübarizə aparırdı. 3:1 hesablı qələbə qazansaq da, cavab görüşü də gərgin keçəcək. Cütün taleyi hələ həll olunmayıb.
- “Qarabağ”ın U-15 komandasının yenidən çempion olmaq şansını necə dəyərləndirirsiniz?
- Məqsədimiz uşaqları inkişaf etdirməkdir. Çempion olsalar da, olmasalar da. Hədəf onları daha da püxtələşdirib gələcəkdə böyük futbola, milli komandamıza, “Qarabağ”ın əsas heyətinə qazandırmaqdır.
- Deyirlər ki, yaxşı qapıçı komandanın yarısıdır. “Qarabağ”ın U-15 komandasının qapısını qoruyan oğlunuz Bilal Hacıyevin oyunundan nə dərəcədə razı qaldınız? Ümumiyyətlə maraqlıdır, siz müdafiəçi olmusunuz, oğlunuz isə qapıda durur...
- Bir valideyn olaraq oğlumun oyunu haqda fikir bildirməyəcəm. Amma uşaqlıqdan qapıda durmağa həvəsi olub. Mən də hər bir valideyn kimi övladımın istəyinin qarşısını almamışam. Nəyə həvəsi olduğunu gördükdə, ona şərait yaratmağın daha doğru olduğunu düşünürəm. O da qapını seçib.
- Bugünlərdə milli komandamız yoxlama oyununda Albaniyaya 1:3 hesabı ilə uduzdu. Millimizin çıxışına necə qiymət vermək olar?
- Yoldaşlıq görüşü idi. Arif Əsədov müvəqqəti komandaya rəhbərlik edir. Bundan qabaqkı yoldaşlıq görüşlərinə də millini o çıxarmışdı. Oyunda dəyişiklik hiss olunmur. Qısa müddətdir toplaşıblar. Bəzi futbolçuların klublarında forma şansı qazanmadıqları sezilirdi. Üstəlik, mövsümün sonudur, yorğunçuluq var, bəzi futbolçular istirahət barədə düşünürlər deyə yoxlama oyununa kökləmək alınmır. Amma bu, millimiz üçün lazımlı oyun idi. Düşünürəm ki, komanda gələcəkdə bu matçın xeyrini görəcək.
- Arif Əsədov sağ cinahda daha çox mərkəz müdafiəçisi kimi tanıdığımız Rahil Məmmədova şans vermişdi. Həqiqətənmi müasir futbolda mərkəz müdafiəçisindən sağ cinahda istifadə etmək daha məqsədəuyğun hesab edilir?
- İlk növbədə bilmək lazımdır ki, məşqçinin istəyi nədir. Belə üslubda oynayan komandalar var. 3 mərkəz müdafiəçisi ilə oyun qurduqda fərqli varinatlardan istifadə edilir. Mənim bəyəndiyim fərqli ola bilər. Amma məsələ ondadır ki, bu gün sağ cinah müdafiəçisi mövqeyində barmaqla sayılacaq qədər oyunçumuz var. Halbuki milliyə həmin mövqedə əvvəllər daha çox potensial namizədlər olurdu. İndi isə bir qədər qıtlıqdır, namizədlər Qismətdir, Amindir. Onlar da əvvəlki tipik sağ cinah müdafiəçiləri kimi deyillər. Biz gördüyümüz hücumameyilli sağ cinah müdafiəçilərini nəzərdə tuturam. Ümumilikdə isə Rahilin, Qismətin, Aminin hər biri milliyə layiq oyunçulardır.
- Son günlər adınız “Turan Tovuz”un baş məşqçi vəzifəsinə namizəd kimi göstərilsə də, danışıqlar müsbət yekunlaşmadı. Hansı səbəbdən anlaşmaq mümkün olmadı?
- Boş olan vakansiyaya hamı kimi mənim də adım namizədlər arasında idi. Təklif də o periodda oldu. Qısa görüşməmiz oldu. Düşünmürəm ki, “Turan Tovuz” rəhbərliyi məndən incik olar. Təklifi qəbul etmək üçün doğru zaman olmadığını düşünürəm. Bəzi nüanslar var ki, onlar barədə danışmağın mənası yoxdur. Gələcəkdə əməkdaşlıq barədə yenidən müzakirə aparmaq olar.
- Bilirik ki, “Turan Tovuz”un sabiq baş məşqçisi Ayxan Abbasovla yaxın dostsunuz. Təklifi qəbul etməməyinizdə bu amil nə dərəcədə rol oynadı?
- Bu amil başlıca rol oynamadı. Mənim üçün önəmli olan peşəkar yanaşmadır. “Turan Tovuz” rəhbərliyi ilə aramızda olan söhbətləri təfərrütları ilə açıqlamaq istəmirəm. Tovuz klubuna uğurlar arzulayıram. “Turan Tovuz” vaxtı ilə oynadığım, bəyəndiyim klublardandır. Əla azarkeşləri var. Düşünürəm ki, daha yaxşısına layiqdirlər.

Elsevər Muradzadə

Oxşar xəbərlər


Bütün xəbərlər

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar