Xəbər lentiwidget-title-icon

30 iyul: Bugünkü oyunlar hansı kanallarda yayımlanacaq? – TV AFİŞA
“Sabah” “pley-off”a yüksəlsə, bu rəqiblərdən biriylə qarşılaşacaq
"Neftçi" "Dinamo" səfərində
"Zirə" "Payde" səddini aşa biləcək?
"Qarabağ" cavab oyununa çıxır
"Turan Tovuz" daha bir Türkiyə klubu ilə üz-üzə gələcək
250 minlik investisiya, 3 milyonluq uğur – YAZI
"Qarabağ"ın sabiq qapıçısı Türkiyə klubunda
Azərbaycan millisi dünya 2-cisi olub
"Şamaxı"da yeni müdafiəçi - RƏSMİ
Yuri Vernidub: "Nəyə qadir olduğumuzu göstərmək istəyirik"
Polşada triller! "Sabah"ın rəqibi "Lex" yox, "Orxus" oldu
Qurban Qurbanov: “7:2-ni yaddan çıxarmalıyıq"
“Sabah” Aaron Maludanı tanınmış kluba satdı
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
"Zirə"dən ayrıldı, Macarıstan klubuna keçdi - RƏSMİ
AFFA-nın baş katibi milli üzvləri ilə görüşüb
"Şəfa"da daha bir ayrılıq - RƏSMİ
“Sabah”ın Avropa yürüşü: Təsadüf, yoxsa sistem? – YAZI
Rəşad Sadıqov: "Yalnız sabahı fikirləşirik ki, uğurlu nəticə qazanaq"
29 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Karvan-Yevlax”da yeni müdafiəçi - RƏSMİ
Azərbaycan paralimpiyaçısı Çellencer turnirində qızıl medal qazanıb
“Sabahın Ulduzları” turnirinin püşkü atılıb
"Kəpəz" Qətər klubu ilə qarşılaşır

Namiq Quliyev: "Çempion olmaq üçün əlimizdən gələni edəcəyik" – MÜSAHİBƏ

Sərbəst güləş üzrə U15 milli komandanın böyük məşqçisi Namiq Quliyevin Azərbaycan Güləş Federasiyasının rəsmi saytına müsahibəsi:

– Mart ayında Gəncə İdman Sarayında keçirilən U15 ölkə birinciliyini necə qiymətləndirirsiniz? Sizin üçün sürpriz adlar alındı?

– Gözlədiyimiz kimi alındı. Fərqlilik onda oldu ki, çempionluq gözlədiyimiz bəzi uşaqlar 2-3-cü yerləri tutdu. Favoritlərdən zədələndiyi üçün titul qazana bilməyənlər oldu. Ölkə birinciliyindən öncə Serbiyada keçirilən Gimnaziada üçün 10 nəfərlik heyət müəyyənləşdirmişdik. Onlardan yalnız biri Gəncədə özünü doğrultmadı. Həmin güləşçi ötən il ölkə çempionu və Avropa çempionatının iştirakçısı olmuşdu. O da zədələndiyi üçün bu dəfə yarışla erkən vidalaşdı. Gimnaziada üçün nəzərdə tutulmuş heyətdən 5 nəfər qızıl, 2 nəfər gümüş, 2 nəfər isə bürünc medal qazandı.

– Yeri gəlmişkən, Gimnaziadada iştirak edən bütün sərbəst güləşçilərimiz fəxri kürsüyə qalxdı. Rəhbərlik etdiyiniz komanda 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazandı. Nəticədən razı qaldınız?

– Çıxışımızı qənaətbəxş sayıram. Serbiyada güləş ölkələrindən – ABŞ, Qazaxıstan, İran, Ermənistan, Ukrayna kimi ölkələr təmsil olunurdu. Ümumilikdə 20-dən çox ölkənin güləşçiləri mübarizə apardı. Beş güləşçimiz finala yüksəldi. Daha çox qızıl medal qazana bilərdik. İki final görüşündə qələbəni son saniyələrdə əldən verdik.

– Sizin üçün əsas sınaq 25-28 iyunda İtaliyada keçiriləcək Avropa çempionatı olacaq. Qitə birinciliyinə hazırlıq necə gedir?

– Mayın 24-dən iyunun 4-dək Xaçmaz Olimpiya İdman Kompleksində ümumi fiziki hazırlıq üzərində qurulu təlim-məşq toplanışı keçəcəyik. 3-4 günlük istirahətdən sonra yenidən Xaçmaza yollanacağıq. İyunun 8-dən 22-dək taktiki-texniki çalışmalara diqqət ayıracağıq. Xaçmazdan qayıdıb, dərhal Avropa çempionatına yola düşəcəyik. İyun ayının hava şəraitini nəzərə alıb, Xaçmazda toplanış keçməyimiz hərtərəfli məqsədəuyğundur.

– Ötən il 140 xalla komanda hesabında Avropa çempionu oldunuz. Titulu qorumaq mümkün olacaqmı?

– Yenidən çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Düzdür, Rusiyanın nəticələri komanda hesabında nəzərə alınmır. Amma fərdi idmançılarını götürsək, əsas rəqiblərimiz yenə də şimal qonşularımızdır. Təbii ki, Gürcüstan komandasını da ciddi rəqib sayırıq. Düşünürəm ki, ən azı 6-7 medal qazana bilərik. Güləşçilərimizdən 3-4-ü finala yüksəlmək potensialındadır. Qızıl medalımızın da olacağını fikirləşirəm.

Oxşar xəbərlər

Bütün xəbərlər