Azərbaycan klubundan baş məşqçisi ilə yeni müqavilə » Pressing.Az
Azərbaycan klubundan baş məşqçisi ilə yeni müqavilə
Digər növlər Dünən, 15:04

“Şəki” basketbol klubu baş məşqçisi Bedri Meriçlə müqavilənin müddətini uzadıb.

Bu barədə Pressing.az-a bölgə təmsilçisindən məlumat verilib.

Türkiyəli mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

“Şəki” ötən mövsüm Azərbaycan Basketbol Liqasında üçüncü yeri tutub.