İspaniya klubunda yeni müqavilə » Pressing.Az
İspaniya klubunda yeni müqavilə
Dünya Futbolu 19-06-2024, 17:12

“Valensiya” klubu baş məşqçisi Ruben Baraxa ilə müqavilənin müddətini uzadıb.

Pressing.az xəbər verir ki, 48 yaşlı mütəxəssis 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqaviləyə qol çəkib.

Qeyd edək ki, Ruben Baraxa 2023-cü ilin fevralında “Valensiya”nı çalışdırır. "Yarasalar” La Liqada son mövsümü 9-cu pillədə başa vurub.