Albaniya millisinin baş məşqçisi ilə bağlı qərar » Pressing.Az
Albaniya millisinin baş məşqçisi ilə bağlı qərar
Dünya Futbolu 24-07-2024, 17:00

Albaniya Futbol Federasiyası yığma komandanın baş məşqçisi Silvinyo ilə müqavilənin müddətini uzadıb.

Pressing.az xəbər verir ki, 50 yaşlı mütəxəssislə yeni müqavilə 2025-ci ilin dekabrına kimi nəzərdə tutulub.

Bu müddət ərzində ona 2026-cı il dünya çempionatına vəsiqə tapşırığı verilib.

Xatırladaq ki, Silvinyo 2023-cü ilin yanvarından Albaniya millisini çalışdırır.