"Barselona"dan Fliklə bağlı qərar » Pressing.Az
"Barselona"dan Fliklə bağlı qərar
Dünya Futbolu 13-05-2025, 09:52

"Barselona" klubu baş məşqçisi Hans-Diter Fliklə müqaviləni uzadacaq.

Pressing.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O, almaniyalı mütəxəssislə 2027-ci ilin iyununa qədər müqavilə imzalancağını bildirib. 60 yaşlı məşqçinin hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədərdir. O, 2024-cü ilin yayından "Barselona"nı çalışdırır.