"Barselona"dan Xavi qərarı  
                
            Dünya Futbolu
            21-03-2023, 22:03
        

“Barselona” klubu baş məşqçi Xavi ilə yeni müqavilə imzalamağı planlaşdırır.
Pressing.az xəbər verir ki, Kataloniya təmsilçisi 43 yaşlı mütəxəssisin sözləşməni bir il uzatmaq niyyətindədir.
Qeyd edək ki, Xavi 2021-ci ildən “Barselona”nı çalışdırır. Onun hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.

