"Barselona"da yeni müqavilə - RƏSMİ
Dünya Futbolu
5-12-2025, 17:30

"Barselona" klubu futbolçusu Erik Qarsiyanın müqaviləsinin müddətini uzadıb.
Pressing.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İspaniya millisinin üzvü ilə 2031-ci ilin yayına kimi sözləşmə imzalanıb.
Qeyd edək ki, Erik Qarsiya "Barselona"nın yetirməsidir. 24 yaşlı mərkəz müdafiəçisi bu mövsüm 20 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.
