"Sabah"da 3 yeni müqavilə
Digər növlər
24-06-2024, 14:04

“Sabah” klubu üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb.
Pressing.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Endər Poladxanlı, Şirzad Şirzadov və Əlikamran Məmmədov 2024/2025 mövsümündə də komandanın uğurları üçün çalışacaq.
“Sabah” başa çatan mövsümdə Azərbaycan Basketbol Liqasının qalibi olub.
