“Şəki”də yeni oyunçu – RƏSMİ
Digər növlər
16-01-2025, 15:24
"Şəki" basketbol klubu heyətinə yeni basketbolçu cəlb edib.
Pressing.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Komanda cari mövsümün əvvəlində "Lənkəran"da oynamış Mirməcid İsmayılovla anlaşıb.
Əvəzində isə Əbdülmətin Quliyevlə yollar ayrılıb. O, "Lənkəran"da çıxış edəcək.