"Abşeron"da yeni oyunçu - RƏSMİ
Digər növlər
31-10-2025, 15:01

Voleybol üzrə Azərbaycanın Yüksək Liqa klubu “Abşeron” yeni transfer həyata keçirib.
Bu barədə Pressing.az-a Bakı təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Klub Xədicə Seyidli ilə anlaşıb. Toppaylayıcı mövqeyində çıxış edən voleybolçu ilə müqavilə qarşıdakı mövsümü əhatə edəcək.
