"Abşeron"da növbəti müqavilə
Digər növlər
18-09-2024, 12:00

“Abşeron” basketbol klubu Nəcəf Babayevlə yeni müqavilə bağlayıb.
Pressing.az xəbər verir ki, oyun qurucusu ilə müqavilənin müddəti qarşıdakı mövsüm üçün nəzərdə tutulub.
Babayev aşağı yaş qrupları (U-16, U-18 və U-20) üzrə milli komandların heyətində də çıxış edib.
